Cənubi Koreyadan olan bir fəal içində ABŞ-la Şimali Koreya arasında qalmaqala səbəb olan “Sony” şirkətinin hazırladığı “Reportaj” (“İnterview”) filminin DVD disklərinin olduğu balonları Şimali Koreyaya göndərəcəyini açıqlayıb.Axar.az xəbər verir ki, adı Park Sanq Hak olan bu gənc artıq 100 min DVD diskini yanvar ayının sonlarında qonşu ölkəyə göndərməyi planlaşdırır.
Yerli mətbuata açıqlama verən Park bu addımla Şimali Koreyada diktatorun ideallaşdırılmasına zərbə vurmaq istəyində olduğunu deyib.
Bu addımın nə qədər uğurlu olacağı isə sual altındadır. Çünki Şimali Koreyada çox az sayda insanın internetə çıxışı var.



