Cənubi Koreya prezidenti Yoon Suk Yeol bildirib ki, Şimali Koreyanın nüvə ambisiyalarına qarşı güclü beynəlxalq qərar verilməlidir.
Elchi.az xəbər verir ki, Yoon sabah Litvanın paytaxtı Vilnüsdə başlayacaq NATO Sammitində iştirak etmək üçün yola düşməzdən əvvəl mətbuata açıqlama verib.
“Beynəlxalq ictimaiyyətin Şimali Koreyanın nüvə silahı proqramının qarşısını almaq əzminin Şimali Koreyanın nüvə silahı yaratmaq istəyindən daha güclü olduğunu açıq şəkildə bildirməyin vaxtıdır”, – Yun deyib.
Yoon bəyan edib ki, Cənubi Koreya ilə NATO arasında nüvə silahının yayılmasının qarşısının alınması da daxil olmaqla 11 sahədə əməkdaşlığın institutsionallaşdırılmasını nəzərdə tutan sənəd qüvvəyə minəcək.
ABŞ prezidenti Co Baydenlə də təhlükəsizlik sahəsində görüşəcəyini qeyd edən Yoon, Yaponiyanın baş naziri Kişida Fumio ilə də görüşəcəklərini və iki ölkə arasındakı əlaqələri, beynəlxalq aləmdə əməkdaşlıq və həmrəyliyin artırılmasını müzakirə edəcəklərini bildirib.
Şayəstə Hüseynova





