Cənubi Koreya lideri Mun Çje İn 22 il müddətinə azadlıqdan məhrum edilən 69 yaşlı keçmiş dövlət başçısı Pak Kın Xeni əfv edib.
Elchi.az xəbər verir ki, keçmiş prezident ölkə liderinin verdiyi əfv fərmanı ilə azad edilib.
Qeyd edək ki, Pak Kın Xen 2017-ci ildə korrupsiyada ittiham olunaraq həbs edilmişdi.





