Cənubi Sudanda naməlum xəstəlikdən 89 nəfər vəfat edib.
“SABC” radiostansiyası xəbər verir ki, ölüm halları son bir neçə həftə ərzində qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı xəstəlikdən ən çox ölüm qeydə alınan Conqley ştatına xüsusi araşdırma missiyası göndərib.
Ölüm hallarının vəba xəstəliyindən olması ehtimalları təsdiqini tapmayıb.






