
Şübhəsiz ki, bu ilin xüsusi ağıllı telefon trendlərindən biri çərçivəsiz ağıllı telefonlar olacaq.
Elchi.az technote.az-a istinadən bildirir ki, ötən ilin sonu Xiaomi Mi Mix ilə alovlanan bu axımın, bu il bir çox fərqli ağıllı telefon istehsalçısı tərəfindən izlənilməsi gözlənilir.

Qarşıdakı günlərdə təqdim olunacaq Galaxy S8 və S8 Plus modellərinin yanında, Çinin bəzi xüsusi istehsalçıları da bu xüsusiyyəti ilə diqqət çəkən telefonlar təqdim edəcək.
Yeni çərçivəsiz Telefon: Maze Alpha
Çinin ağıllı telefon istehsalçılarından biri olan Maze, iki arxa kamera və çərçivəsiz quruluşu ilə diqqət çəkən yeni ağıllı telefonu Maze Alpha-yı təqdim etdi.

Telefonun prosessor, RAM və daxili yaddaş saxlama kimi digər texniki xüsusiyyətləri isə qarşıdakı günlərdə açıqlanacaq. Əlavə olaraq telefonun qiyməti də yenə qarşıdakı günlərdə bilinəcək.
Elchi.az



