Moldova və Rumıniyanın birləşməsi respublikanın AB-yə daxil olmasından daha real perspektivdir.
Elchi.az xəbər verir ki, bunu Moldovanın keçmiş baş naziri Vlad Filat deyib.
“Vətəndaşların Avropaya inteqrasiya ideyası ətrafında səfərbər olunması illüziyadır. AB-yə qoşulmağın yeganə real yol olduğunu söyləmək doğru deyil. Düşünürəm ki, iki Rumıniya dövlətinin yenidən birləşməsinə nail olmaq AB-yə daxil olmaqdan qat-qat yaxındır”, – o bildirib.
Filat vurğulayıb ki, AB-yə qoşulmaq və yenidən birləşmə (Rumıniya ilə – red.) bir-birinə ziddiyyət təşkil etməməlidir.
Texasda daşqın: 1 uşaq öldü
ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...




