Nyu-Yorkda gəlmə insanlara qarşı pis davranıldığından şikayət edən Şikel, amerikalılar çox soyuq insanlardır.
Elchi.az Türkiyə mediasına istinadən xəbər verir ki, Çağla Şıkel və Özge Ulusoy, Hakan Akkayanın 12 Sentyabrda “New York Moda Həftəsi” tərəfindən təşkil edilən “Biz hamımız birik və eyniyk” şüarı ilə podiuma çıxıb.
Çağla Şıkel “Formsante” jurnalına verdiyi müsahibədə maraqlı açıqlamalar verib.
“Özgenin yanımda olması çox yaxşı oldu”,-deyən xanım Şikel, onun podiumdakı çıxışından sonra əllərinin soyuq olmasından və titrəməsindən danışıb.
Çağla Şıkel daha sonra bunları söyləyib: “Amerikada insanlar çox sərt, laqeyd və pis davranırlar. Mən heç vaxt Nyu-Yorkda yaşaya bilmərəm.” Ölkəmizdə mənə olan bu qədər sevgini atıb, soyuq insanlar arasına necə gedə bilərəm?
Nyu-Yorkda insanla rəsmən: “Bizim sənə ehtiyacımız yoxdur” tərzində davranırlar. 1998-ci ildə xaricdən işimlə əlaqəli təklif aldım, amma təklifi qəbul etmədim. Bəlkə də, dünya səviyyəsində tanınardım, amma, Türkiyədəki qədər xoşbəxt və dinc olmazdım”,-deyə vurğulayıb.
Nəcəf



