"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Cahangir Əsgərov müamması: AZAL hara “qaçır”?

25 Yanvar 2023 - 15:12
in XƏBƏR LENTİ

Artıq bir müddətdir ki, AZAL prezidenti Cahangir Əsgərovun vəzifədən çıxarılması ilə bağlı informasiyalar gündəmə gəlir. Ən son belə bir məlumat ötən gün yayılıb.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Elchi.az xəbər verir ki, AZAL-da ciddi yoxlamalar başladığı, C.Əsgərovun isə faktiki olaraq rəhbərlikdən uzaqlaşdırıldığı bildirilir.

Bu informasiyaların vaxtaşırı olaraq tirajlanması təsadüfi deyil: Azərbaycan hələ də quru sərhədlərini açmayıb, xaricə gediş-gəliş yalnız təyyarə vasitəsilədir. Gürcüstanla quru yol açıq olarkən, Azərbaycan vətəndaşları daha çox Tiflis aeroportundan istifadə edirdilər: Tiflisə avtobusla, oradan isə ucuz təyyarə bileti əldə etməklə uzaq səfərlərini gerçəkləşdirirdilər.

AZAL-ın sayəsində Tiflisə möhtac qoyulan azərbaycanlılar indi bu imkandan da sərhədin bağlı olmaslı səbəbindən məhrumdurlar. Bu isə narazılığı artırır.

AZAL-ın tətbiq etdiyi qiymətlərdən nəinki sadə insanlar, millət vəkilləri, hətta məmurlar belə narazılıq edirlər. Şirkətin monopoliya yaratdığı, ucuz daşımalar həyata keçirən hava yolları şirkətlərini Azərbaycan bazarına buraxmadığı və yaxud öz şərtləri ilə buraxdığı iddiaları var. Üstəlik, kifayət qədər yüksək bilet qiymətlərinə rəğmən, AZAL-ın rentabelli olmaması da ciddi şübhələrə yol açır.

Əlbəttə, ədalət naminə AZAL təyyarələrinin yeni, komfortlu, pilotlarının peşəkar, təyyarədə xidmətin və servisin isə yüksək səviyyədə olduğu birmənalıdır. AZAL dünyanın bir çox keyfiyyətli hava yolları şirkəti ilə rəqabət aparmaq qabiliyyətindədir. Ancaq Azərbaycan vətəndaşlarını zorla “müasir, qət-təzə və yüksək servisli” hava nəqliyyatından yararlanmağa məcbur etmək doğru deyil. İnsanlara seçim imkanı vermək lazımdır: yüksəkkeyfiyyətli xidmət üçün bahalı AZAL, yaxud daha aşağı xidmətlə ucuz biletlər…

AZAL həmçinin arzulanan səviyyədə şəffaf da fəaliyyət göstərmir: 2022-ci ildə hansı istiqamətlərə nə qədər daşıma həyata keçirib; nə qədər sərnişin aparıb-gətirib; qazancı-xərcləri, büdcə ödənişi və s. barədə müfəssəl məlumatı hələ yaymayıb. Halbuki Ermənistan və Gürcüstan hava yollarının bu barədə hesabatı artıq tirajlanıb.

Bütün bunlar 30 ilə yaxındır vəzifədə olan Cahangir Əsgərovun personasını daim diqqətdə saxlayır və dünənki xəbər də bu baxımdan diqqət mərkəzindədir. Ona görə də: AZAL-da hansı qurum yoxlama aparır, nə zaman başlayıb, nə vaxta qədər davam edəcək, doğrudanmı C.Əsgərov yoxlama müddətində şəffaflıq üçün rəhbərlikdən müvəqqəti kənarlaşdırılıb, onu kim əvəzi edir… kimi suallar ortaya çıxır.

Təəssüf ki, bu suallara AZAL cavab verməkdən imtina edir və mediadan qaçır. AZAL-ın bu suallara cavab verməməsi təkcə qanunlara hörmətsizlik deyil, həm də ciddi informasiya çatışmazlığı yaratmaqla şayiələrə əsas yaradır. AZAL özü və Cahangir Əsgərovla bağlı ən ağlagəlməz xəbərlərin tirajlanmasına legitimlik qazandırmaqla məşğuldur.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ukraynada hərbi qanunlar sərtləşdirilir

Next Post

Baş ravvin Strasburqda Bakıdan danışdı: Təəssüf ki…

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
Baş ravvin Strasburqda Bakıdan danışdı: Təəssüf ki…

Baş ravvin Strasburqda Bakıdan danışdı: Təəssüf ki...

İrəvanın bu addımına nə Bakı dözəcək, nə də Rusiya

İrəvanın bu addımına nə Bakı dözəcək, nə də Rusiya

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.