"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Cahangir Hacıyev: ‘Mənə də sifariş olub, elə etmişəm ki, nə şiş yanıb, nə də kabab…’ – Məhkəmədən reportaj

05 Sentyabr 2016 - 14:41
in XƏBƏR LENTİ
Cahangir Hacıyev: 'Mənə də sifariş olub, elə etmişəm ki, nə şiş yanıb, nə də kabab...' - Məhkəmədən reportaj

Bu gün “Beynəlxalq Bank işi”nə görə təqsirləndirilənlərin məhkəmə prosesi davam etdirilib.
Musavat.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində şahidlər ifadə verib, təqsirləndirilən Cahangir Hacıyevin vəkili vəsatətlə çıxış edib. Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev məhkəmə istintaqının bu şəkildə aparılmasına etiraz edib. O, bildirib ki, təqsirləndirilən şəxslərin təqsirsizlik prizumpsiyası və müdafiə hüququ pozulur, ittiham tərəfinin qərəzli materialları məhkəmədə müzakirəyə çıxarılır, müdafiə tərəfinin isə bununla bağlı vəsatətləri nəinki, qəbul olunur, heç müzakirəyə çıxarılmır.
Vəkil ittihamdakı rəqəmlərdə ziddiyyətlər olduğunu deyib və qeyd edib ki, bu gedişlə məhkəmədən ədalətli qərar gözləmirlər. O, bir neçə gün əvvəl Maliyyə Nazirliyinin mətbuata açıqlamasına da diqqət çəkib.
Vəkil: “Cahangir Hacıyevin 5 milyard dolları mənimsəməsi, ofşora ötürməsi ilə bağlı deyilənlər təqsirsizlik prizumpasiyasının pozulmasıdır. Və ictimai rəydə ona qarşı mənfi rəy yardır. Əgər Maliyyə Nazirliyində 5 milyardla bağlı sənədlər varsa, niyə istintaqa təqdim etməyiblər? Əgər yoxdursa, niyə belə açıqlama verilir?”.
Vəkil məhkəmyəə yeni vəsatətlər təqdim edib. Birinci vəsatətdə Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbərinin məhkəmədə əlavə şahid qismində ifadə verməsini tələb edib. Vəkil onun mətbuata verdiyi açıqlamada qeyd edilən 5 milyardlıq mənimsəmə açıqlamasına aydınlıq gətirməsini tələb edib.
İkinci vəsatət Beynəlxalq Bankda Maliyyə Nazirliyi və Vergilər Naziriliyi tərəfindən aparılan yoxlamaların nəticələrinin məhkəməyə təqdim edilməsi ilə bağlı olub.
Digər vəsatət Beynəlxalq Bankdan layihələrlə bağlı sənədlərin alınması olub.
Vəkil bildirib ki, bank qərəzli olduğu üçün sənədləri təqdim etmir: “Ötən həftə bankın idarə heyyətinin müaşviri də ifadəsində bildirdi ki, guya qanunsuz olan kreditlərlə bağlı DİN-ə məlumat verib. Maraqlıdır ki, niyə məhz DİN? Əgər bu bankın fəaliyyəti ilə bağlıdırsa, ya Maliyyə Nazirliyinə, ya da Baş Prokurorluğa məlumat verilməli idi. Elə bu qərəzə görə də layihələrlə bağlı sənədləri vermirlər”.
Hakim Əhqan Hacıyev qeyd edib ki, əvvəl qaldırılan vəsatətlərlə bağlı məhkəmə atıq qərar qəbul edib ki, həmin vəsatətlərə şahidlərin dindirilməsindən sonra baxılacaq.
Prokuror Fərid Nağıyev bildirib ki, Maliyyə Nazirliyinin açıqlamasında qeyd edilən 5 milyard məsələsinin cinayət işi ilə əlaqəsi yoxdur. O, qeyd edib ki, həmin məbləğ bankla bağlı deyil, şəxslə- Cahangir Hacıyevlə bağlıdır.
Canahgir Hacıyev isə dövlət ittihamçısı ilə razı olmadığını bildirib.
Sabiq bankir qeyd edib ki, ittihamda yer alan 211 milyon məbləği iddia edilən 5 milyardla bağlıdır.
“Bu gün həmin şirkətlərin təsisçisinin kimlər olduğunu yoxlayın. Həmin şirkətlər hazırda Samir Şərifov və digərlərinin benefisləridir. Ona görə də həmin sənədlərin yoxlanması ilə bağlı vəsatət verirəm. İndi benefislər öz əllərində olduğu üçün sənədləri vermirlər. Əslində siz sübut etməlisiniz ki, mənimsəməyə yol vermişəm. Ancaq indi biz sübut etməyə çalışırıq ki, mən mənimsəməyə yol verməmişəm. Araşdırın görək ki, bu 211 milyondur, yoxsa 211 manat? Nə baş verdiyini siz də yaxşı bilirsiniz, mən də yaxşı bilirəm. Şou göstərəndə heç olmasa, yaxşı göstərin. Mənə də yüz sifariş olub. Onu elə etmişəm ki, nə şiş yanıb, nə də kabab. Yəni, heç vaxt şouya çevirməmişəm” – deyə C.Hacıyev əlavə edib.
Beynəlxalq Bankın filiallarında müxtəlif vəzifələrdə çalışmış şəxslər məhkəmədə ifadə verərək bildiriblər ki, onlar yanlız sənədləşdirmə işləri aparıblar.
Şahid qismində ifadə verən İbrahim Ağayev bildirib ki, “İnter tekstil” şirkətində çalışıb. O, qeyd edib ki, müdiri Şakir tərəfindən əsas rəhbər Dünyamin Xəlilovun adından ona göstəriş verilib ki, banka gedib kreditə imza atmalıdır. Şahid deyib ki, səbəb olaraq şirkətə dəzgəah alınacağı deyilib.
Prokuror isə bildirib ki, onun adında 15 milyon 776 minlik kart açılıb. O, isə bundan istintaq zamanı xəbər tutduğunu söyləyib.
Məhkəmə prosesi günün ikinci yarısında davam etdiriləcək.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Lənkəranskinin əməliyyatdakı şəkli saxta çıxdı – Foto

Next Post

`Tələbə Yay Təcrübə Proqramı-2016` başa çatdı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

`Tələbə Yay Təcrübə Proqramı-2016` başa çatdı

İsraildə tikilməkdə olan bina uçub, 30 nəfər itkin düşüb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.