"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Cahangir Hacıyevin həyat yoldaşının Londonda xərclədiyi vəsait Azərbaycana qaytarıla bilər

12 Oktyabr 2018 - 14:22
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda xərclədiyi vəsait Azərbaycana qaytarıla bilər.

“Report” “The Telegraph”a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Milli Kriminal Agentliyindən (NCA) bildirilib.

Böyük Britaniya Milli Kriminal Agentliyinin İqtisadi cinayətkarlıqla mübarizə bölməsinin rəhbəri Donald Tunun (Donald Toon) sözlərinə görə, Böyük Britaniya Ali Məhkəməsi Zamira Hacıyevanın qanunsuz vəsaitlərdən istifadə etdiyini müəyyənləşdirərsə, ondan alınaraq müsadirə olunmuş bütün əmlak və pul ölkəsinə qaytarılacaq.

Xatırladaq ki, Böyük Britaniya KİV-inin daha əvvəl bildirdiyi kimi, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin 15 il müddətinə azadlıqdan məhrum edilmiş keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Böyük Britaniyada aktivlərinin mənşəyinin təmizliyinin sübut edilməməsi səbəbindən aktivləri dondurulmuş ilk şəxs olub.

Böyük Britaniyada 2017-ci ildə qəbul edilmiş “Kriminal maliyyələşdirmə haqqında” qanuna əsasən, Britaniya hökuməti var-dövlətin aydın olmayan mənşəyi haqqında sorğu (Unexplained wealth orders, UWO) göndərmək hüququna malikdir, 50 min funt sterlinqdən artıq gəlir əldə edilməsinə dair aydın izahın olmaması isə aktivlərin dondurulmasına səbəb ola bilər.

BBC-nin məlumatına görə, Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva 10 il ərzində Londonun ən məşhur univermağı olan “Harrods”da 16 milyon funt sterlinq xərcləyib. O, həmçinin univermağın yaxınlığında lüks ev, 42 milyon dollar dəyəri olan “Gulfstream G550” özəl təyyarə alıb.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi onu 15 il müddətinə azadlıqdan məhrum edib.

Daha əvvəl Cahangir Hacıyevin ikinci cinayət işinin istintaqı da başa çatıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bu il Azərbaycanda 90 mindən artıq körpə doğulub

Next Post

Bakı-Gəncə qatarının sürəti tədricən 150-160 km/saata çatdırılacaq

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Bakı-Gəncə qatarının sürəti tədricən 150-160 km/saata çatdırılacaq

Bakı-Gəncə qatarının sürəti tədricən 150-160 km/saata çatdırılacaq

ABŞ-ın daha bir ştatında ölüm hökmü ləğv edilib

ABŞ-ın daha bir ştatında ölüm hökmü ləğv edilib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.