Sərdar ƏLİBƏYLİDƏN:
Çağdaş tariximizin indi qeyd olunan çoxsaylı mənalı və mənasız bayramlarının, eləcə də az qala təqvimin tən yarısını tutan işğal və matəm günlərinin qeyd olunması fonunda məmləkətimizin böyük tarixinin önəmli günlərini, tarixi hadusələrini təkcə Azərbaycanın deyil, türk dünyasının tarixini ağlı-qaralı ləkələrlə dolduran hadisə və olayları, həmçinin dünyanın gedişatına yön verən, çağ dəyişən cəng və savaşları unutmuşuq elə bil. Indi çox az adamlar Azərbaycanın və bütövlükdə türk dünyasının tarixində ən qara ləkə kimi hələ uzun illər, bəlkə də əsrlər boyu yaddaşlarda qalmalı, səbəb və nəticələri dərindən öyrənilərək araşdırılmalı və millətimizin gələcəyi baxımından dərs çıxarılmalı olan “ÇALDIRAN CƏNGİ”nin barəsində düşünüb onun mahiyyətinə varmaq istəyir. 1514-cü ilin 23 avqustunda baş vermiş bu cəngin yaşanmasına nədən olan Sultan Səlim və Şah İsmayılın qarşılıqlı yazışmalarını özündə əks etdirən aşağıdakı məktubları məhz indi cəmiyyətin diqqətinə və ictimai rəyin müzakirəsinə çıxarmamızın səbəblərindən biri də məhz “ÇALDIRAN CƏNGİ”nin növbəti ildönümü ərəfəsində olmamızdı. Digər bir məqsdimiz isə, hələ də cəmiyyətin şüurunda bu müharibədə daha çox hansı tarixi şəxsiyyətin – Sultan Səlimin, yoxsa Şah İsmayılın daha maraqlı olduğuna diqqət çəkməkdi. Bu səbəbdən də bu tarixi məktublara heç bir şərh və izahat vermədən onları ilkin yazılış formasında oxucuların diqqətinə çatdırmağı vacib bildik və qoyulan suala cavab tapmağı hər kəsin öz ixtiyarına buraxırıq.
ŞAH İSMAYILIN SULTAN SƏLİMƏ CAVAB MƏKTUBU
Cənnətə ümidvar olan və islama pənah edən sultan əzəmətli, dövlət, səltənət, dünya və din din uğrunda mübarizə edən Sultan Səlim şaha –
Allah onun dövlətini əbədi, səltənətini daimi etsin- məhəbbətli salamımı və səmimi məktubumu hədiyyə kimi göndərir və onunla görüşmək arzumu bildirirəm. Sonra ərz edirəm ki, son vaxtlarda mənə yolladığınız üç şərafətli məktubunuz gəlib çatdı. Onların məzmunu ədavətlə dolu olduğuna baxmayaraq, cürət və igidlikdən bəhs edirdi ki, bu da mənə böyük həzz verdi. Amma bunun səbəb və mənşəyini anlaya bilmədim. Cənnətməkan atanızın – allah onun qəbrini nurla doldursun – zamanında Əlaüddövlə Zülqədərin həyasızlığı üzündən Rum ölkəsinə bizim humayun yürüşümüz baş verdi. O vaxtlarda tərəflər arasında dostluqdan və anlaşmadan başqa bir şey olmadı. O dövrdə Trabzon valisi olan o Həzrət də(Sultan Səlim – Ş.F.) bizimlə anlaşma şəraitində davrandı. Belə olan halda bu küdurətin səbəbi bizə məlum deyildir, lakin aydın görünür ki, siz bu səfərə səltənətinizi böyütmək naminə çıxmısınız.
Nəzm
Ədavət o təhər tüğyan eləyər,
Qədim bir ölkəni viran eləyər.
Bizim sizin qarşınıza çıxmamağımızın iki səbəbi var. Birincisi budur ki, o diyar əhalisinin əksəriyyəti bizim yüksək məqamlı əcdadımızın – Bağışlayan Allah onlara rəhmət eləsin – müridləridir. İkincisi din uğrunda döyüşən sizin xanədanınıza (osmanlılara- Ş.F.) bizim qədim hörmətimiz vardır və buna görə də biz Teymurun dövrundə olduğu kimi o diyara qarışıqlıq düşməsini istəmirdik. Elə hal-hazırda da istəmirik və indiyə qədər olan işlərdən də incimirik. Axı nəyə görə inciməliyik? Sultanların düşmənçilik etmələri çoxdankı adətdir.
Beyt
Məmləkət yavrusunu ağuşa çəkmək diləyən
İti xəncər ləbini öpməyə cəhd etməlidir.
Amma münasib olmayan sözlərə ehtiyac yoxdur. Görünür, bunlar sərxoş münşilərin sözləridir ki, düşüncələrinizin azdığından yazılıb bizə göndərilmişdir. Buna görə də, bizim səbirli olmağımız, elə zənn edirəm ki, səbəbsiz olmamışdır. İndi isə, xüsusi keyfiyyəti olan tiryəklə doldurulmuş mücrü üzərinə öz humayın möhürümü vurub, onu bizə yaxın adamların başçısı Şahqulu ağa kimi bir sadiq nökərimlə – Allah onun canını slamat etsin – sizə göndərirəm, əgər lazım olsa istifədə edin. Onu (Şahqulu ağanı – Ş.F.) tez geri göndərin ki, tale pərdəsinin arxasında gizlənən hər nə varsa üzə çıxsın. Bununla bedə, yaxşı olar ki, əməlli başlı düşünüb, heç kəsin sözünə fikir verməyəsiniz və mənə qulaq asasınız, çünki sonrakı peşmançılığın faydası olmur.
Bu məktub yazılan vaxt mən İsfahan ətrafında ov edirdim. Dərhal göyüşə hazırlıq işləri ilə məşğul olub, dostluq naminə sizə cavab məktubu göndərdim. İndi necə istəyirsinizsə, eləcə də hərəkət edin.
Beyt
Olduq buna şahid bu cahan içrə qəmindən:
Kim ale–Əli ilə döyüşmüşsə, əzilmiş.
Adı çəkilən elçini incitməyib geri yollayın, çünki «heç kəs başqasının günahını daşımaz». Əgər məsələ döyüşlə bitəcəksə, bunu uzatmağın faydası yoxdur. Amma işin aqibətini düşünün. Vəssalam!
***
SULTAN SƏLİMİN ŞAH İSMAYILA IV MƏKTUBU
İsmayıl bahadır – Allah onu islah etsin – mənim cahanı bəzəyən məktubum və bütün təbəələr tərəfindən yerinə yetirilməsi vacib olan şərafətli hökmüm çatanda bilməlidir ki, sizin mənim dəstkaəı səadət olan dərgahıma göndərdiyiniz məktubunuz gəlib çatdı. Siz həmin məktubda nəsə cürətli sgzlər yazmısınız. Bildirmisiniz ki, bizi intizardan qurtarmaqdan ötrü gəlişinizi sürətləndirirsiniz. Məlumdur ki, biz zatımıza xas olan mərdanəliyimizi və xislətimizdəki cəsarətimizi daһa da artırdıq, uzaq bir məsafə qət edib çoxlu yol və mənzil keçə-keçə sənin hökmün altındakı məmləkətə saysız-hesabsız ləşkərimizi və əlaməti zəfər, ayələri isə qələbə olan bayraqlarımızı daxil etdik. Yüksək vəzifəli sultanların ayini və qədr-qiymətli xaqanların məzhəbinə görə onların əllərində saxladıqları məmləkət öz zövcələri kimidir. Səndən qeyri, azacıq kişiliyi, igidlikdən müəyyən nişanəsi və ürəyində bir qədər cəsarəti olan hər kəs özүnүn һәr һansı bir fərdinə təcavüz edilməsinə dözəbilməz. Neçə gündür ki, mənim müzəffər əsgərlərim sənin məmləkətinə daxil olub, kama yetişirlər, amma səndən əsər-əlamət yoxdur, elə gizlənmisən ki, varlığınla yoxluğun bilinmir.
Nәzm
Bu rüsvayçılığı böyük adamlar
Əsrlər boyunca eləyəck car.
İndiki vəziyyət bir daһa təsdiq edir ki, özündə təsadüfi cürət toplamaq kimə xasdır. Məsələ bundadır ki, səndən indiyəcən mərdlik və cəsarət nümayiş etdirən bir əməl gönünməmişdir. Səndən zahir olan əməl isə sərasər məkr və һiylənin bəhrəsidir. Şəkk yoxdur ki, sənin bu süni cürətin etdiyin iblisanə və sair əməllərinin nəticəsindən başqa bir şey deyildir. Mübtәla olduğun dərdin dəvası sənə məlum imiş və ürəyinə qüүvvət olsun deyə ondan istifadə edirsən. İndi də, həmişə sınaqdan keçirdiyin dərmandan istifadə et ki, bəlkə mənimlə qarşı-qarşıјa durmağa səndə cürət yarana. Bilirsən ki, bizim tərəfimizdən sənə böyük inayət edilmişdir və sənin үrək zəifliyinin aradan çıxmasından ötrü məzəffərr ləşkərimdən qırx min əsgəri ayırıb Qeјsəriyyə ilə Sivas arasında saxlamışam Düşmənə bundan artıq mürüvvət etmək olmaz. Əgər sən bundan sonra da ötən vaxtlarda olduğu kimi qorxu və ehtiyat evinin bir küncündə gizlənəcəksə ərlik sənə haramdır, o zaman yaxşı olar ki, dəbliqəni yaylıqla, zirehini çadra ilə əvəz edəsən, sərvərlik və sərkərdəlik sevdasından əl çəkəsən.
Misra
Nə sən sərvəliyə layiq, nə sərvərlik sənə layiq!
Vəssalam! «Haqq yolu tutub gedənlərə salam olsun».
Cəmadül–axir ayının axırları, 920-ci il (Avqustun ortaları, 1514-cü il)






