Ermənistan rəhbərliyi özünün regiondakı mənasız mövcudluğunu nümayiş etdirmək cəhdlərinə əl ataraq, müxtəlif provokasiyalar həyata keçirərək hazırda bütün dünyanın diqqətinin Ukraynada olduğu bir vaxta hamıya şikayətlənmək xəttini tutub.
Elchi.az-ın məlumatına görə, bu barədə “Caliber”in “Youtube” kanalında yayımlanan növbəti materialda qeyd olunub.
“ATƏT-in Minsk qrupunun faktiki olaraq yoxa çıxması isə Ermənistan hakimiyyətində təmsil olunanların sinir sistemlərini daha da sıradan çıxarıb” – müəllif qeyd edir.
Video süjetdə qeyd olunub ki, bütün bu hadisələrin fonunda bir qrup silahlı erməni separatçının Azərbaycan ərazisində öz mövcudluğunu qoruyub saxlamaq istəməsi və ara-sıra təxribatlara əl atması isə artıq heç nəyi dəyişməyəcək.
Daha ətraflı “Caliber”in növbəti süjetində:





