"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Çamur at, yapışmasa da iz buraxacaq”.

12 Sentyabr 2017 - 13:00
in MANŞET, SEÇMƏ XƏBƏRLƏR

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Kim tərəfindən söyləndiyini bilmədiyim bu aforizm tarix boyu bütün fırıldaqçıların əsas prinsiplərdınən olub. Zaman-zaman bu çirkablar ən müxtəlif adamlara atılıb, onlar şantaj edilərək, susdurulmağa, diz çökdürülməyə çalışılıb. Nə yazıq ki, indi də nahaqqın Haqq qarşısında əsas mübarizə silahına çevrilən bu metoddan bəzən hüquq adından danışanlar da istifadə etməyə başlayıblar. Məsləkcə ədalət carçıları olan hüquq adamlarının əlində şeytanın bu silahı həqiqətən də daha iyrənc və qorxunc görünür.
Bununla belə, Haqq heç bir zaman nahaqqın atdığı çirkablara bulaşmayıb, qısa müddətdən sonra hər şey üzə çıxınca Ədalət bərpa olub, hər şey öz ilahi nizamına qayıdıb. Görünür, Azərbaycan atalar sözlərindən olan “Haqq nazilər üzülməz”, “Günəşi çamurla yamamaq olmaz” kimi aforizmlər bu həqiqətdən törəyib.
Hüquq adından danışdığı halda bu cür fırıldaqçı metodlarla qarşı tərəfi susdurmağa çalışan, dəfələr məni öz facebook səhifəsində təhqir edən Aslan İsmayılov da öz ənənəvi kursunu-rəqib gördüyü tərəfə çamur yağdırmaq işini yenə eyni qaydada davam etdirməyə çalışır. Getdikcə Haqq qarşısında uduzduğunu hiss etdiyindən aqressivləşən, daha genişmiqyaslı hücuma keçən bu adam mənimlə yanaşı, bir sıra dövlət rəhbərlərini də şantaj etməyə çalışır. Onun dünən axşam paylaşdığı bir statusda Azərbaycan Ədliyyə naziri Fikrət Məmmədovun adını “yumurta mafiyası” məsələsində hallandırması məkrli və düşünülmüş yeni taktikalardandır. Məqsəd dövlət adamlarını santaj edərək, onları mənə qarşı ədalətsiz qərarlar verməyə sürükləməkdir.
Aslan İsmayılovun həmin statusunda bildirdiyinə görə, guya erməni ortaqlığı olan “Emre Piliç” şirkətinin damazlıq yumurta satdığı müəssisələrdən biri “Siyəzən Broyler” şirkəti Azərbaycanın Ədliyyə nazir Fikrət Məmmədova aiddir. Guya, hörmətli Fikrət müəllim “Siyəzən Broyler”də 50% səhmə sahibdir. Halbuki, həmin şirkətlə uzunmüddətli əməkdaşlığımızdan əminəm ki, irəli sürülən bu ittihamın zərrə qədər də əsası yoxdur. Aslan müəllim “Siyəzən Broyler”-in sahibkarlarının siyahısıyla azacıq tanış olsa bilərdi ki, bu şirkətin 72 səhmdarı var və onların arasında Fikrət Məmmədovun adına rast gəlmək mümkün deyil. Bir iş adamı kimi deyirəm: bu cür çoxsəhmdarlı anonim şirkətlər təkbaşına sahibkar olmaq istəyən investorlar üçün də səmərəli təsir bağışlamır.
Aslan İsmayılov mənimlə “Emre Piliç” arasında yaranmış qalmaqalı Azərbaycan hüquq sisteminin başında dayanan nazirin üstünə atmasının isə bir məqsədi var: məhkəmələrə təsir etmək və onların ədalətsiz qərar verməsinə nail olmaq. Halbuki bu məsələ ilə bağlı keçirilən bütün məhkəmələr artıq öz sözünü deyib, birmənalı olaraq erməni şirkətinin iddialarının əsaslı olmadığını sübuta yetirib. Görünür, hüquqi müstəvidə uduzduğunu görən vəkil bu məğlubiyyətlə razılaşmır, qeyri-hüquqi yollarla nəticə əldə etməyə can atır.
Bir vəkilin hüquqa bu qədər hörmətsiz yanaşması ilk növbədə öz çörək yediyi sürfəsinə tüpürməsi deməkdir. Əxlaqi dəyərlərə hörmət ilk növbədə invidual yanaşma olduğundan mən Aslan İsmayılovla yediyi çörək arasında münasibətlərə qarışmaq istəmirəm. O bilər, Azərbaycan xalqının Qurandan üstün tutduğu çörək bilər. Məni narahat edən isə adını vəkil qoyan bu adamın öz haqsız mübarizəsinə mənəvi don geyindirməsi, vətənpərvərlik nidaları atmasıdır.
Aslan İsmayılov iddia edir ki, guya, Azərbaycan xalqının milli maraqları naminə erməni şirkətini dəstəkləyir. Bu iddianın nə qədər gülünc olduğu ortadadır. Sözsüz ki, onun bir vəkil kimi istədiyi adamı müdafiə etmək hüququ var. Amma sırf peşəkarlıq məsələsinə millətçi don geyindirmək nə onun vəkil kimi peşə kodeksinə, nə də milli məfkurəyə sığışır. Torpağı işğal altında olan, hər gün atışmalarda oğullar itirən Azərbaycan xalqı hara, erməni təəssübkeşliyi hara? Hansı milli məfkurə Aslan İsmayılovun bu hərəkətlərinə haqq qazandıra bilər?
O bir hüquqşunas kimi hərəkət edib “bütün tərəflərin hüquqi cəhətdən müdafiəyə ehtiyacı var” desəydi, bu fikri bəlkə anlamaq olardı. Amma erməni şirkətini milli maraqlara görə müdafiə etdiyini dediyinə görə, insanda istər-istəməz “sən hansı millətin maraqlarından danışırsan” kimi suallar yaranır. Kimsə bu sözdə erməni qohumluğu axtaranda isə vəkil özündən çıxır. Axı bu fikri sənin öz sözlərindən çıxarır, cənab vəkil! Niyə özünü yox, başqalarını qınayırsan?
Aslan İsmayılovun məni və başqa şəxsləri onu təhqir etməkdə günahlandırması da səmimi deyil. Bütün Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, Aslan İsmayılov barədə bildirdiyim bütün fikirlər onun hansısa iddiasına cavab xarakteri daşıyıb. Hətta onun tərbiyyədən uzaq sözlərinə həmişə tərbiyyə çərçivəsində cavab vermişəm. Yəni cavablarım onun söyüş və təhqirlərinə adekvat belə olmayıb. Aslan İsmayılov anlamalıdır ki, bir vəkilin kimisə müdafiə etmək hüququ var, amma qarşı tərəfi söymək, ona çamur atmaq qətiyyən yolverilməzdir.
Özünü hüquq adamı sayan Aslan İsmayılovdan əslində heç yaxşı dedektiv yazarı da çıxmaz. Onun fantaziyaları ən inanılmaz səhnələrə imza atan “Hollivud” ssenaristlərinə belə dəyərsiz uydurmalar kimi görünər. Təsəvvür edin, bu adam bir yumurta üzərində bütün Azərbaycan rəsmilərinin maraqlarını cəmləşdirir. Ölkənin ən mötəbər adamları uydurduğu “yumurta mafiyası”na aid edir. Allahın yumurtasının mahiyyəti və qiyməti nədir ki, bunun bir mafiyası da ola?
Aslan ismayılovun uydurduğu ssenaridə isə özünün də dediyi kimi, Siciliya mafiyasının belə cəsarət etmədiyi epizodlar var. Mən bu deyilənlərin nə dərəcədə doğruya bənzəyib-bənzəmədiyini diqqətli oxucuların vicdanına buraxıram.
Açığını desəm, Aslan İsmayılovun son statusunu oxuyanda məndə belə bir qənaət yarandı ki, bu adam yaxın günlərdə həbs olunacağını gözləyir. Ona görə də bütün dövlət qurumularının rəhbərlərinə hücum edərək, sabahkı həbsinə indidən bəraət qazanmağa çalışır. Guya hakimiyyət nümayəndələrinə hücum etdiyi üçün həbsə məruz qaldığı təsəvvürünü yaradaraq beynəlxalq və yerli ictimaiyyətin diqqətini cəlb etməyə can atır. Vəkilin statusundakı bəzi ifadələr də bu ehtimalı gücləndirir. “Bütün bunları açıqlamaqda əsas məqsədim özümə qarşı hazırlanan təxribatın dəqiq ünvanını göstərməkdir”-yazan Aslan İsmayılov mətnin daha başqa yerlərində tutulmaq istəmədiyini, guya “azadlıqda olarsa xalqa daha effektli fayda verməyə çalışdığını” etiraf edir. Kim bilir, bəlkə də Sorosun “tələbəsi” olan bu adam özü ətrafındakı hüquq çəmbərinin getdikcə daraldığını hiss etdiyindən bu cür müdafiə pozası almağa çalışır.
Ən maraqlısı isə odur ki, irəli sürdüyü ittihamların böyük əksəriyyətinin uydurma olduğunu da gizlətməyərək yazır: “Bəli, burada yazılanları, bəzi istisnalar olmaqla, sübut edə bilməyəcəm. Ancaq bu reallıqdır, hamının bildiyi faktlardır”. Amma unudur ki, bir hüquqşunas üçün fakt sübuta yetirilən məlumat deməkdir. Sübuta yetirə bilmədiyin isə əsası olmayan iddiadan başqa bir şey deyil və bu cür iddiaların heç bir hüquqi dəyəri yoxdur.
Son olaraq, özünü ədalətin mücəssiməsi kimi göstərən, az qala Femidanın yerinə əlində qılınc, gözündə əski parçası, qarşımda dayanan bu adama deyirəm: Çıxart gözündəki o əski parçasını, sən Aslan İsmayılovsan, səndən Femida çıxmaz. Hüquqşünas kimi davranmaq istəyirsənsə, facebook səhifəndən kiminsə üzərində çamur yağdırma! Məhkəməyə gəl, orda çəkişək!

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

8 ayda 40 nəfəri ilan sancıb

Next Post

Çaqqallar toya hücum etdi – 5 nəfər yaralandı

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Çaqqallar toya hücum etdi - 5 nəfər yaralandı

Sabah 35 dərəcə isti olacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.