"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Canına qəsd edəcək insan üçün məkanın-zamanın nə fərqi?

30 Noyabr 2014 - 22:58
in CƏMİYYƏT

Ölmək üçün niyə məhz şəhərin girəcəyində yerləşən asma körpü və nəyə görə məhz gecə radələri?14051 (9)

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Moderator.az-a son günlərin ən aktual mövzularından olan intihar cəhdləriylə bağlı olduqca maraqlı bir müəllif yazısı daxil olub. Məktubda nədən bəhs edildiyini oxuduqdan sonra öyrənəcəksiniz:
 
Qəlbin hər çırpıntısı əcəlin ayaq səsidir. Insanları öz əcəllərinə doğru getməyə məcbur edən nədir?
    Ötən həftə bir saat tıxacda sakinlərdən birinin “qəhrəmanlığı” ucbatından qalmağım məni bu mövzuya yenidən qayıtmağa vadar etdi. Söhbət son zamanlarda Dar ağacı tək “məhşurlaşan” Bakının “Koroğlu” metrostansiasının yaxınlığında yerləşən körpüdən və populyar hal almış intihar cəhdindən gedir. İnsanlar həyatı anladıqları halda yaşamaqdansa mahiyyətini dərk etmədikləri ölümə can atırlar. Buna səbəb isə öz məşuqları ilə mübahisələrini, kimlərəsə müəyyən miqdarda borclarının olmasını və yaxud işlədikləri müəssisələrdən qanunsuz xaric edilmələrini göstərirlər. Qəribə haldır ki, bu intihar cəhdlərindən yalnız biri ölümlə nəticələnib. Və sonradan müəyyən edilmişdir ki, həmin şəxs psixoloji xəstəlikdən əziyyət çəkirmiş. Digərlərinin sadəcə olaraq öncədən planlaşdırılmış şəkildə həyata keçirilməsi, hansı maraqlara söykənməsi və kimlərə, nə cür qulluq etməsi məlum deyil. Bir sıra nüanslara nəzər yetirdikdə, məsələnin ciddiliyinin fərqinə daha aydın varmaq olar.
   Çoxlarına məlumdur ki, bu kimi xoşagəlməz halların baş verməsinin qarşısının alınması, dövlətə heç də ucuz başa gəlmir. Nəzərə alsaq ki, hadisə yerinə FHN-nin xüsusi riskli xilasetmə xidmətinin, BŞDYP-nin, Təcili Tibbi yardım xidməti cəlb edilir, büdcəyə bir gecədə on minə yaxın zərər vurulduğunu yəqin edə bilərik. Hələ hadisə zamanı yollarda yaranan, ucu-bucağı görünməyən tıxacı demirəm. O tıxac ki, kiçik yol qəzalarının baş verməsi qaçılmaz olan, evinə-işinə, xəstəsinə təcili olaraq yetişməsi vacib, əsəbləri tarıma çəkilmiş halda, məcburən, bir ədəbazın nazını çəkən minlərlə insan…
    Bir çox sual məni narahat edir. Yəni ölmək üçün niyə məhz şəhərin girəcəyində yerləşən asma körpü və nəyə görə məhz gecə radələri? Canına qəsd edəcək insan üçün məkanın-zamanın nə fərqi? Hər halda, hansısa bir rayon sakini kənddə intihar üçün xəlvət bir yer tapmadımı? Və nəyə görə aidiyyatı qurumlar yerlərdə özfəaliyyətini adekvat həyata keçirmirlər ki, vətəndaşı özünə qəsd həddinə çatdırmasınlar?  İntihar üçün belə, əhalinin paytaxt Bakını seçməsi isə başqa bir sual doğuran məqamdır. Məqsəd çoxşaxəli ola bilər. Niyyət isə ölkədə provokasiyaların yaranmasına zəmin yaratmaqdır. Kim bilir, bəlkə də  hər kəsə sadə gülünc görünən bu əməlin arxasında hansısa məkrli bir plan durur? Yollarda minimum bir saat tıxacın yaranması hansısa kriminal dəstənin rahat hərəkətini təmin etmək məqsədi güdə bilər. Nə bilmək olar ki, bu, özünə qəsd adı altında nəqliyyatda suni şəkildə yaradılmış xaos Rusiyanın, İranın, yaxud Ermənistan və digər dövlətlərin xüsusi maraqlarına xidmət etmir?
Problemin aradan qaldırılması barədə bir çox təkliflər səslənir. Bunlardan ən çox gündəmə gətiriləni isə hər körpüyə bir polis postunun yerləşdirilməsidir. Sual edirəm, cənablar. Ölkəmiz hər sahədə yenilənir və inkişaf edir. Təbii olaraq ölüm metodları da zamana uyğun şəkildə dəyişir və müasirləşir. Dünən Qız qalası, bu gün isə asma körpülər. Bəs sabah asma körpülər hündürmərtəbəli binalarla əvəzlənərsə? Onda necə olsun? O zaman da hər binaya bir polis nəzarət postu qurulsun deyəcəyik?
Aydındır ki bu cür polis məntəqələrinin yaradılması, bölmələrdə yeni ştatların açılmasını zəruri edəcək. Bu isə dövlətin milyardlarla manat xərcləməsinə gətirib çıxara bilər. Olmaya bütün bu qədər həngamə DİN-nin ssenarisi əsasında həyata keçirilir? Yoxsa ki, ölkəni polis nəzarəti altında idarə etməkmi istəyirlər?..
Hər halda məsələnin həllinə AR qanunvericiliyinə bir sıra dəyişiklər etməklə də varmaq olar. Bu kimi hallara əl atan vətəndaşlar bilsələr ki, onların xilasları üçün sərf edilən məbləğdən 5-10 dəfə artıq və barələrində 3 ildən 5 ilədək pul və həbs cəzası gözləyir, çətin ki, bir də o körpüyə yaxın dursunlar.
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə isə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedirlər (F.Volter). İkincilərin oyuncağına çevrilmək lazım deyil…
Azay Süleymanoğlu
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Elnur Hüseynov “O səs Türkiyə”də- Video

Next Post

“Rusiyada qiymət artımı daha da sürətlənəcək”

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

“Rusiyada qiymət artımı daha da sürətlənəcək”

ŞOK: oyundan qovulan futbolçu meydana bıçaqla qayıtdı (VİDEO)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.