Rusiyanın S-400 raket komplekslərinin İrana çatdırılması həqiqətə uyğun deyil.
Bunu Rusiyanın İrandakı səfiri Levan Caqaryan bildirib.
Diplomat qeyd edib ki, Moskva İrana S-300 raket komplekslərinin göndərilməsini başa çatdırıb. Ötən ildə Rusiya ZRK S-300-ün İrana göndərilməsi üçün götürdüyü öhdəliyi tamamilə yerinə yetirib.
Diplomat qeyd edib ki, Suriyada terrorçulara qarşı əməliyyatlar üçün əgər Moskva və Tehran ehtiyac bilərsə, İranın hərbi infrastrukturundan istifadə ediləcək.




