"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Caspian Development Bank”dakı pullarınızdan muğayat olun” – Ekspert

19 Aprel 2017 - 11:43
in İQTİSADİYYAT

"Caspian Development Bank"dakı pullarınızdan muğayat olun"

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

“Mərkəzi Bankın son illər nəticəsiz olan konsolidasiya (birləşmə) cəhdləri nəhayət ki, reallaşdı. “Atabank” və “Caspian Development Bank” birləşmək qərarı verdilər. Bu, həm də AGBank, Parabank və digərlərinin 2015-ci ildəki uğursuz təşəbbüslərindən sonra ilk real addım idi”.

Elchi.az xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev “Atabank” və “Caspian Development Bank”ın birləşməsinə bakupost.az-a münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda bankların konsolidasiyasiyası çətin prosesdir və hətta son vaxtlar qeyri-mümkün olub: “Bunun bir neçə səbəbi var ki, onlardan biri də bank sahiblərinin məsuliyyəti və səlahiyyəti başqası ilə bölüşmək istəməməsidir. Müxtəlif sahibi olan bankların birləşməsi mümkün olmasa da eyni sahibi olan bankların birləşməsi realdır”.

Samir Əliyev bildirib ki, bu birləşmədən sonra bankların sayı 31 olacaq: “Bununla da devalvasiyadan sonra bağlanan bankların sayı 14 olacaq. Bank qanunvericiliyinə edilmiş son dəyişikliklərdən sonra bankların sayının azaldılması prosesi davam edəcək. Əsas üstünlük bankların konsolidasiyasına veriləcək. Bu, baş tutmasa banklar ləğv ediləcək. Son dəyişikliklər rezolyusiya tədbirləri vasitəsilə bankları konsolidasiyaya “stimullaşdıracaq””.

İqtisadçı qeyd edib ki, körpü bankların yaradılması vasitəsilə bəzi bankların əvvəlcə sağlamlaşdırılması və daha sonra digər banklara birləşdirilməsi tədbirləri həyata keçiriləcək: “Bütün proseslərin nəticəsi olaraq bankların sayının 25-ə qədər azaldılmasını gözləmək olar”.

Ekspert Əkrəm Həsənov da adıçəkilən iki bankın birləşməsinə tənqidi yanaşır.

“Qaynar”-ın verdiyi xəbərə görə, ekspert bu dəfə də bankın öz öhdəliklərindən yayınacağından ehtiyat etdiyini bildirir:

“Caspian Development Bank” artıq üçüncü dəfədir ki, adını dəyişir. İlk adı “Universal Bank” idi, sonra “Kövsər”, daha sonra isə “Caspian Development Bank” oldu. Özü də iki həftə əvvəl məlumat verdiyim kimi, əvvəlki öhdəliklərini icra etmir və bunu belə əsaslandırır ki, adımı dəyişmişəm, “Kövsər”ə görə cavabdeh deyiləm. Yəqin indi də “AtaBank” deyəcək ki, “Caspian Development Bank”ın öhdəliklərinə görə məsul deyiləm, əmanətləri qaytarmıram, qarantiyaları ödəmirəm və s. Yəqin elə məhz buna görə də formal olaraq “AtaBank” ona deyil, o, “AtaBank”a qoşulur. Çünki reallıqda “Caspian Development Bank”ın vəziyyəti “AtaBank”dan daha yaxşıdır və böyük ehtimalla faktiki əksinə “AtaBank” ona qoşulur.

Təsadüfi deyil ki, qoşulma nəticəsində Müşahidə Şurasının sədri məhz “Caspian Development Bank” tərəfdən olacaq. Müşahidə Şurasına kimin rəhbərlik etməsi isə əsas səhmdarın kimliyindən xəbər verir. Nə isə, yaxında hər şey aydın olacaq. Əsas odur ki, bu iki bankda olan pulunuzdan muğayat olun. Heç olmasa ona görə ki, ən azı biri adını dəyişəndə əvvəlki adı ilə götürdüyü borcları ödəməkdən yayınır”.

Elchi.az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Biznes quran gənc azərbaycanlı xanımlar – FOTOLAR

Next Post

Leyla Əliyevanın Azər Əliyevlə yeni FOTOSU

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post

Leyla Əliyevanın Azər Əliyevlə yeni FOTOSU

Bu peşə sahibləri də ucuz evlər ala biləcək - VİDEO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.