"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Casus filmi kimi olay: özəl detektiv 30 milyon dollara dəhşətli sirri açdı

17 İyun 2015 - 11:51
in XƏBƏR LENTİ

Casus filmi kimi olay: özəl detektiv 30 milyon dollara dəhşətli sirri açdı

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Almaniyanın Lyubek şəhərindən olan özəl detektiv Yozef Reş ötən ilin yayında Ukraynanın Donetsk vilayəti üzərində vurulan Malayziya sərnişin təyyarəsinə dair dəhşətli sirrin üstünü açıb. Detektiv bu işi İsveçrədən naməlum sifarişçinin sifarişi əsasında görüb və əvəzində 30 milyon dollar qonorar alıb. Casus filmlərini xatırladan bu dramatik olay haqda detektiv özü “Capital” jurnalına danışıb.
 
“Malaysian Airlines” hava yolları şirkətinə məxsus “Boeing-767” təyyarəsinin kim tərəfindən vurulduğuna dair mübahisələr hələ də davam edir. Ukrayna tərəfi və beynəlxalq təhqiqat qrupu təyyarənin Rusiyadan dəstəklənən separatçılar tərəfindən “Buk-M” zenit raket kompleksi ilə vurulduğunu bildirir.  Lakin Rusiya tərəfi bildirir ki, təyyarə Ukrayna qüvvələrinin nəzarətində olan ərazidən vurulub. Bu dəhşətli hadisədə 300-ə yaxın sərnişin və heyət üzvü həlak olmuşdu.
Mübahisələrin davam etdiyi bir vaxtda İsveçrədən olan sirli sifarişçi Almaniyanın özəl detektiv agentliyi “Wifka”ya bu işin üstünü açmaq sifarişi göndərib. Kimliyini gizli saxlayan sifarişçi bu işə görə 30 milyon dollar qonorar vəd edib. İstintaqı agentlikdən Yozef Reş üzərinə götürüb. O, mürəkkəb iqtisadi cinayətlərin üstünün qeyri-adi metodlarla açılması ilə məşhurlaşıb.  Naməlum sifarişçi detektivə təyyarənin kim tərəfindən vurulduğuna, sifarişçinin kim olduğuna, raketin buraxılmasını bilavasitə həyata keçirənlərin kimliyinə və digər detallara dair suallara cavab tapılmasını sifariş verib.
Aylarla davam edən təhqiqatdan sonra detektiv bildirib ki, o, sifarişçinin bütün suallarına dəqiq cavablar tapıb və vəd olunan qonorarı-30 milyon dolları alıb. Lakin detektiv hansı sirləri üzə çıxardığını açıqlamayıb, çünki müqavilənin şərtlərinə görə o, araşdırmanın nəticəsi haqda heç bir informasiya verə bilməz. Buna baxmayaraq Reş deyib ki, ötən ilin yayında baş vermiş dəhşətli hadisə haqda həqiqət açıqlansa böyük rezonans doğuracaq, ola bilsin ki, heç kim bu həqiqəti bilmək istəməyəcək.
Detektivin İsveçrədə mənzillənmiş sifarişçi ilə ünsiyyəti əsl casus filmlərinin səhnələrini xatırladıb. Detektiv heç vaxt elektron poçtdan istifadə etməyib, məlumatları Avropanın müxtəlif restoranlarından ona verilmiş telefon nömrələrinə zəng etməklə və əvvəlcədən razılaşdırılmış vaxtda çatdırıb. Ancaq o adamlarla görüşüb ki, üzərində sifarişçinin imzası olan dolların yarı hissəsini parol kimi təqdim etsin.
Detektiv sifarişi aldıqdan sonra hadisə barədə məlumatı olanlardan ona müraciət etməyi xahiş edib. Reş qiymətli informasiyalar üçün sanballı qonorar vəd edib. O deyir ki, sifarişçi işin başlanğıcında 40 min dollar avans göndərmişdi. Və 30 milyon dolların İsveçrədə nəğd halda harada saxlanıldığını bildirmişdi.
Detektiv araşdırmaya başlayandan sonra ona çoxsaylı telefon zəngləri və görüşmək üçün müraciətlər daxil olub. Mümkün informatorlarla Reş ancaq Lyubek şəhərinin ətrafında görüşüb, Rusiya və Ukraynaya getməyib. Detektiv deyir ki, aldığı informasiyaların 99.99 faizi “sayıqlamadan” ibarət olub. Nəhayət 10 aydan çox davam edən təhqiqat nəticəsində Reş ona lazım olan informasiyanı əldə edib. Həmin mənbənin çatdırdığı informasiya o qədər inandırıcı olub ki, Reş onu vasitəçinin köməyi ilə naməlum sifarişçi ilə görüşdürüb. Bundan sonra sifarişçi başgicəlləndirici qonorarı ödəyib.
Detektiv ehtimal edir ki, ola bilsin tezliklə onun açdığı sirr yayılacaq. Çünki bu informasiyaya 30 milyon dollar verən sifarişçi onu çətin ki, gizli saxlayardı. Lakin Reş tam əmin deyil. Çünki sifarişçinin kimliyini və motivini heç özü də bilmir. Detektiv deyir ki, o, sirrin üstünü açandan sonra güclü təzyiqlərlə üzləşib. Özünə və ailəsinə naməlum şəxslərdən təhdidlər gəlir, arxasınca izləmə təşkil olunub.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Dörd qaz versən, axşama üçünü itirib gələr” – Dəmirəlin əfsanə olmuş sözləri…

Next Post

Güləşçilərimizdən inamlı qələbələr

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Güləşçilərimizdən inamlı qələbələr

Sabah İçərişəhərə maşın buraxılmayacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.