"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Cavid Qurbanov “Hafka” və Ziya Məmmədova qarşı – Məhkəmə işi

13 Noyabr 2018 - 16:26
in CƏMİYYƏT, SEÇMƏ XƏBƏRLƏR

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Cavid Qurbanov “Hafka” və Ziya Məmmədova qarşı - Məhkəmə işi
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək iki şirkətə qarşı iddia qaldırıb.
Elchi.az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, ADY iddia ərizəsində “Trans Qafqaz Transport” MMC və “Baghlan Group” FZCO-nu cavabdeh tərəf kim göstərib.
Cavid Qurbanovun sədri olduğu “Azərbaycan Dəmir Yolları” bu iki şirkətdən öhdəliklərinə görə yaranmış borcun ödənilməsini tələb edib. Lakin məbləğin nə qədər olduğu bəlli deyil.
Nəsimi rayon Məhkəməsi qətnamə çıxararaq iddianı qismən təmin edib. Bu şirkətlər qərarla razılaşmayıb və apellyasiya şikayəti veriblər.
“Trans Qafqaz Transport” MMC və “Baghlan Group” FZCO-nun şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır. İş hakim Elşən Kazımovun icraatındadır.
Məlumata görə, “Trans Qafqaz Transport” MMC 2002-ci ildən “Azərbaycan Dəmir Yolları”nın ali fraxt agenti olub. MMC-nin fəaliyyətinin əsas sahəsi “Azərbaycan Dəmir Yolları” fraxt siyasətinin ərazisində beynəlxalq səviyyədə “Avropa-Qafqaz-Asiya” dəhlizi vasitəsi ilə neft və neft məhsullarının daşınmasının həyata keçirilməsi olub. Bu şirkət keçmiş nəqliyyat naziri Ziya Məmmədovun ailəsinə məxsusdur.
“ADY”nin iddiası ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün internet resurlarında qeyd edilən nömrə ilə əlaqə saxladıq. Bizə bu şirkətin bağlandığı, artıq fəaliyyət göstərmədiyi bildirildi.
“Baghlan Group” FZCO isə Z.Məmmədovun keçmiş ortağı, “Hafka” ləqəbli Hafiz Məmmədova məxsusdur.
Qeyd edək ki, Ziya Məmmədov Nəqliyyat naziri olan vaxt və ondan əvvəlki dövrlərdə Cavid Qurbanov, Hafiz Məmmədov və keçmiş nazir ortaq olublar, uzun illər birgə biznes fəaliyyəti göstəriblər. Sonralar onların arasında yaranan problemlər ayrılıqlara səbəb olub, hətta “Hafka” ilə Z. Məmmədovun qarşıdurması ilə bağlı materiallar da mətbuatda dərc olunub. Ölkənin ən böyük biznes sahiblərindən olan bu üç şəxsdən biri-Hafiz Məmmədov 2010-cu illərin əvvəllərindən müflis olub, Ziya Məmmədov vəzifəsini itirəndən sonra faktiki “Hafka”nın taleyini yaşamağa məcbur qalıb. Üçüncü şəxs Cavid Qurbanov isə daha da dirçələrək keçmiş ortağı Ziya Məmmədovun bir vaxtlar nəzarətində olan “Azərbaycan Dəmir Yolları”na rəhbər gələrək öz imkanlarını genişləndirməyi bacarıb. Görünən budur ki, indi o, keçmiş ortaqları ilə haqq-hesab etmək məcburiyyətində qalıb. Çünki “Azərbaycan Dəmir Yolları” Z. Məmmədovun nəzarətində olan vaxt bu qurumun əsas korrupsiya mənbəyi olması heç kəsə sirr deyildi. Belə çıxır ki, C. Qurbanovun bu məsələləri araşdırandan sonra keçmiş ortaqlarından hesab sormaqdan başqa çıxış yolu qalmayıb.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə Milanda görüşə bilər

Next Post

Almaniyanın iri neft-qaz şirkəti İranda fəaliyyətini dayandırdı

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Almaniyanın iri neft-qaz şirkəti İranda fəaliyyətini dayandırdı

Almaniyanın iri neft-qaz şirkəti İranda fəaliyyətini dayandırdı

Vəkili Cahangir Hacıyevlə görüşdü – Sabiq bankir arvadına görə narahatdır

Vəkili Cahangir Hacıyevlə görüşdü – Sabiq bankir arvadına görə narahatdır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.