Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İslamabadda görüşüblər.
Bu barədə Türkiyə XİN başçısı “Twitter” hesabında paylaşım edib.
Görüş İslam Əməkdaşlıq Təşkilatının Əfqanıstana dair fövqəladə iclası çərçivəsində baş tutub.
Türkiyə və Azərbaycan XİN başçıları Cənubi Qafqazdakı prosesləri müzakirə ediblər: “Regiondakı normallaşma prosesinin hər mərhələsində birlikdə hərəkət etməyə davam edəcəyik”.
İlham Əliyev dini rəhbərləri qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...





