“İsveç ölkənin Şimali Atlantika Alyansına daxil olması üçün terrorla mübarizədə inandırıcı addımlar ata bilmədi”.
Elchi.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Çavuşoğlu Türkiyə, Finlandiya və İsveç nümayəndələrinin martın 9-da keçiriləcək görüşünə qədər Stokholmun NATO-ya üzv olmaq üçün Ankara qarşısında bütün öhdəliklərini yerinə yetirə biləcəyinə dair qeyri-müəyyənliyini ifadə edib.
Qeyd edək ki, İsveç və Finlandiya Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başladıqdan sonra Qərb hərbi blokuna qoşulmaq istəklərini bildiriblər. Yalnız Macarıstan və Türkiyə NATO-ya üzvlük sənədini hələ də ratifikasiya etməyib.
Yeganə




