Çavuşoğlu: “Əfqanıstanın dünya ilə əlaqəsinin olması üçün Kabil hava limanı açıq qalmalıdır”
Əfqanıstanla şərtlərimizi razılaşdıra bilsək, əməkdaşlığı davam etdirəcəyik, bilməsək, humanitar yardım göstərməyə davam edəcəyik.
Elchi.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “A-Haber” kanalına müsahibəsində deyib.
O qeyd edib ki, Əfqanıstanın dünya ilə əlaqəsinin olması üçün ölkənin hava limanlarının, xüsusəndə Kabil hava limanının açıq qalması lazımdır.






