“Türkiyə Misirlə münasibətlərin normallaşması mərhələsinə başlayıb”.
Elchi.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O söyləyib ki, lakin proses yavaş gedir: “Misirdən fərqli olaraq, digər ölkələrlə münasibətlərimizin normallaşması daha sürətlidir. Amma bunun səbəbkarı biz deyilik, Misirdir”.
M.Çavuşoğlunun sözlərinə görə, Türkiyə və Misirin əməkdaşlığı region üçün perspektiv vəd edir: “Amma Misir də səmimi olmalı, səy göstərməlidir”.(report)




