“Türkiyə, Suriya və Rusiya Federasiyasının müdafiə nazirləri arasında Moskvada keçirilən danışıqlar Suriya nizamlanmasının yol xəritəsi ilə bağlı razılığın əldə olunması baxımından əhəmiyyətlidir”.
Elchi.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib.
“Görüş faydalı oldu. Biz hesab edirik ki, Suriya hakimiyyəti ilə əməkdaşlıq sabitlik və sülhü təmin edəcək razılaşmanın əldə olunması baxımından vacibdir. Bu təmaslar həm də rejim və müxalifət arasında yol xəritəsində konsensusa nail olmaq üçün vacibdir”, – deyə nazir qeyd edib.
Çavuşoğlunun sözlərinə görə, belə təmaslar davam edəcək və genişlənəcək.
O qeyd edib ki, Suriya hakimiyyəti siyasi fikir ayrılıqlarına görə terrorla mübarizədə Türkiyə ilə əməkdaşlıq etməyib. Nazir gələcəkdə bu sahədə Dəməşqlə əməkdaşlığı istisna etməyib, eyni zamanda qeyd edib ki, Suriya hakimiyyəti ilə hazırkı danışıqlar Ankaranın terrorçularla mübarizədə fəaliyyətinə mane olmur.
Yeganə




