Azərbaycan qazının Macarıstana nəqlini təmin edəcəyik.
Elchi.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu macarıstanlı həmkarı Peter Siyarto ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
M.Çavuşoğlu bildirib ki, Türkiyə Avropa ölkələri ilə enerji sahəsində əməkdaşlıq edir:
“Azərbaycan qazının Macarıstan və digər ölkələrə nəqlini təmin edəcəyik. Bu istiqamətdə Azərbaycanla da təmaslar davam edir”.
Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı
Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...




