Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu BƏƏ-nin XİN rəhbəri Şeyx Abdullah bin Zayed əl-Nəhyanla görüşüb.
Elchi.az xəbər verir ki, türkiyəli nazir bu barədə Tvitter hesabında yazıb.
“İki tərəfli münasibətləri, Ukrayna böhranı başda olmaqla, regional məsələləri müzakirə etdik. Bundan başqa, iqtisadiyyat, ticarət və enerji sahələrində əməkdaşlığımızı inkişaf etdirmək üçün atılan addımları qiymətləndirdik”, – Çavuşoğlu bildirib.
Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür
Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...




