Çaylarda sululuq artacaq

 

Bunu da oxuyun

>

Ölkə ərazisindəki çaylarda sululuğun artacağı gözlənilir.

Bunu Elchi.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, yaxın 2-3 gün ərzində gözlənilən yağışlı hava şəraiti ilə əlaqədar əsasən, Böyük Qafqazın və Lənkəran-Astara zonasının çaylarında artım baş verəcək.

Daha çox artımın Lənkəran-Astara çaylarında qeydə alınacağının gözlənildiyini deyən A.Verdiyev bu artımın da qısamüddətli olacağını, subasmalara səbəb olmayacağını söyləyib.

Baş hidroloq qeyd edib ki, ümumiyyətlə, Lənkəran-Astara zonası çaylarında ən yüksək sululuq oktybar-noyabr aylarında müşahidə edilir.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728