Almaniyada keçirilən Berlin Əyalət Məclisi seçkilərində Xristian Demokratik Birlik Partiyası (CDU) sorğulara görə 27,5 faiz səslə birinci partiya olub.
Elchi.az xəbər verir ki, Berlində 2,3 milyon seçicinin səsverməsi yerli vaxtla saat 18:00-da başa çatıb.
Almaniyanın Birinci Televiziya Kanalı ARD tərəfindən açıqlanan seçki qutusu exit-polluna görə, CDU 2021-ci ildəki seçkilərlə müqayisədə səsləri 9,5 bal artıraraq 27,5 faizlə birinci olub. Beləliklə, XDİ son 20 ildə ştatda ən çox səs toplayıb.
2021-ci ildəki seçkilərlə müqayisədə səsləri 1,5 bal azalan Sol Partiya 12,6 faizlə bu partiyaları təqib edib. Belə ki, Berlin əyalətində hökumətdəki SPD, Yaşıllar və Sol Partiyasının koalisiyasının səsləri ümumilikdə 5 pillə geriləyib.
İslam və mühacir əleyhdarı Almaniya üçün Alternativ (AfD) partiyası isə səslərini 1,1 bal artıraraq 9,1 faizə yüksəldib.
Azad Demokrat Partiyası (FDP) isə 4,5 faizlə 5 faizlik seçki baryerini keçə bilməyib və parlamentdən kənarda qalıb.
Yeganə





