Ukraynanın şərqində gedən anti-terror əməliyyatları çərçivəsində çeçenləri hədələyən “Doberman”
ləqəbli gürcü xüsusi təyinatlı növbəti video-müraciətini paylaşıb və bu xalqın nümayəndələrindən üzr istədiyini açıqlayıb.
Kavkazpress.ru-nun verdiyi xəbərə görə, o, işlətdiyi ifadələrin montaj əsasında maraqlı dairələr tərəfindən təhrif olunduğunu diqqətə çatdırıb.
Gürcü döyüşçü vurğulayıb ki, çeçen xalqını təhqir etmək fikrində olmayıb və onun sözləri Ukraynaya döyüşməyə gələn “kadırovçular”a ünvanlanıb.
Xatırladaq ki, bir müddət öncə video-süjetlə ukraynalılara müraciət edən Doberman onları ölkənin şərqində vuruşan terrorçulardan, xüsusən də çeçen muzdlulardan qorxmamağa çağırmışdı. Əlavə etmişdi ki, çeçenlər ən yaxşı halda saqqallı çaqqallardır və tezliklə onların üzlərinin qırxılmasına göstəriş verəcək. Bundan sonra həmin görüntülər internetdə bomba kimi partladı. Özlərini təhqir olunmuş sayan çeçenlər bu günə qədər gürcü döyüşçünü axtarırlar.



