UEFA Çempionlar Liqasının finalı İstanbuldan ala bilər.
Elchi.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “İndependent” məlumat yayıb.
Bildirilir ki, Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkiləri səbəbindən ölkədə gərginlik var. UEFA-nın bundan ehtiyat etdiyi vurğulanıb. Bildirilir ki, qurum Avropanın bir nömrəli klub turnirinin finalının başqa ölkədə keçirilməsinə qərar verə bilər.
Daha əvvəl 2020-ci ildə ÇL-in finalı İstanbuldan alınıb. Buna koronavirus pandemiyası səbəb olub. Həmin vaxt turnirin formatın dəyişmək məcburiyyətində qalan UEFA oyunların Lissabonda keçirilməsinə qərar verib.
Qeyd edək ki, Çempionlar Liqasının bu mövsümdəki finalı iyunun 10-da Atatürk Olimpiya Stadionunda keçirilməlidir.
“Bayer 04” komandası yeni rekorda imza ata bilər
Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa...






