Qol.Az-ın xəbərinə görə, bu barədə Britaniya mətbuatı məlumat yayıb. 34 yaşlı yarımmüdafiəçinin yaxın günlərdə bu qərarını rəsmən açıqlayacağı gözlənilir.
Britaniya mətbuatı iddia edib ki, Cerard “Liverpul”dan ayrıldıqdan sonra futbolçu karyerasını ABŞ klublarından birində davam etdirəcək.
Qeyd edək ki, 1998-ci ildən “Liverpul”da çıxış edən Cerard 11 ildir komandanın kapitanıdır. O, indiyə kimi oynadığı 695 matçda 180 qol vurub.




