Britaniyanın Cersi adasında mənzildə partlayış baş verib. Hadisə nəticəsində 1 nəfər həlak olub.
Elchi.az xəbər verir ki, İngiltərənin Cersi adasında 3 mərtəbəli mənzildə saat 07:00 radələrində baş verən partlayışda 1 nəfər ölüb, 2 nəfərə xəstəxanada tibbi yardım göstərilib.
Partlayışın baş verdiyi ərazidə 12 nəfər itkin düşüb.
Bildirilib ki, ada sakinləri insident zamanı güclü partlayış səsi eşidib, daha sonra böyük tüstü buludu görüblər.
Cersi polis rəsmiləri axtarış-xilasetmə işlərinin bir neçə gün davam edəcəyini açıqlayıb.
Partlayışın səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Şayəstə





