Ukraynaya dəstək beynəlxalq hüquq normalarına uyğundur. Elchi.az xəbər verir ki, bu barədə Çexiyanın BMT yanında Daimi Nümayəndəliyinin “X” sosial şəbəkəsində mesajında deyilir.
Daimi nümayəndəlik Ukraynanın Belqoroda hücumunu şərh edib: “Ukraynanın özünü Rusiyanın təcavüzünə qarşı müdafiəsinə dəstək beynəlxalq hüquqa tam uyğundur”.
Məktubda həmçinin bildirilir ki, münaqişənin həllinin yeganə yolu BMT Nizamnaməsinə əsasən, Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması olacaq. Çexiya qurbanlara görə məsuliyyəti Rusiyanın üzərinə qoyub.
Havar Şəfiyeva






