Çexiya hakimiyyəti rusiyalı milyarder Vladimir Yevtuşenkova məxsus otelə həbs qoyub. Elchi.az xəbər verir ki, bu barədə Çexiya televiziyası məlumat yayıb.
Qeyd edək ki, otelin dəyəri 4,6 milyon dollar qiymətləndirilir.
İndi otel yalnız iyunun sonuna qədər yerləşmə haqqını ödəmiş qonaqları qəbul edir. Otel rəhbərliyi işçilərin işdən çıxarılması ehtimalının yüksək olduğunu iddia edir.
Havar Şəfiyeva





