Çexiya dövlətlər arasında münasibətlərin pis olması səbəbindən ölkədəki diplomatik binaların icarəsi üçün Rusiyadan məhkəmə yolu ilə 2,4 milyon dollar tələb etmək qərarına gəlib. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
Çexiyanın xarici işlər naziri Yan Lipavski deyib ki, Moskva məhkəməyə qədərki müraciətlərə cavab verməyib.
“Hər şey Sovet İttifaqı vaxtından qaynaqlanır. Bizim Xarici İşlər Nazirliyinin və ölkəmizin diqqətsizliyi ondan ibarət idi ki, bir vaxtlar SSRİ dağılanda bu müqavilələrə yenidən baxılmadı, yeni hüquqi əsaslarla yenidən imzalanmadı”.
Politoloq hesab edir ki, son illərdə dövlətlər arasında münasibətlər kəskin şəkildə pisləşib, ona görə də Çexiya Rusiya ilə əlaqələrdən qurtulmağa çalışır:
“Çexiya Rusiya üçün dost olmayan dövlətlər siyahısındadır. Çexlərin səfirlik və konsulluqdakı təmsilçiliyini azaltdıq, minimum sayda diplomat və texniki işçilər var. Qarşılıqlı olaraq Praqa səfirliyi və konsulluğunda işləyən rus diplomatlarının sayını bərabərləşdirdilər. Avropa İttifaqı ölkələrinə gəldikdə isə, Çexiya ilə münasibətlərimiz ən pis münasibətlərdəndir”.
Havar Şəfiyeva





