"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ceyhun Bayramov Aİ-nin xüsusi elçisi ilə görüşdü

17 Noyabr 2022 - 22:00
in SİYASƏT

Xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Bu barədə Elchi.az-a Xarici işlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nümayəndə heyətində Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul səfirləri və xüsusi elçiləri təmsil olunub.

C.Bayramov bu gün müsbət dinamika və intensivliklə xarakterizə olunan Azərbaycan-Aİ əlaqələrinin uğurla inkişaf etdiyini, rəsmi Bakının Aİ ilə Şərq Tərəfdaşlığı çərçivəsində istər ikitərəfli, istərsə də çoxtərəfli formatlarda əməkdaşlığın inkişafında maraqlı olduğunu söyləyib. Aİ tərəfindən ölkəyə 2 milyard avroluq maliyyə paketinin ayrılmasının Azərbaycan tərəfindən müsbət qarşılandığını, gələcək investisiyaları birgə müəyyən etmək və prioritetləşdirmək üçün yüksək səviyyəli işçi qrupunun yaradılması təşəbbüsünün vacib olduğunu vurğulanıb.

O, Azərbaycanla Aİ arasında bir çox sahələri, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini əhatə edən enerji dialoqunun mövcudluğundan bəhs edib, Aİ-yə qaz nəqlinin iki dəfə artırılmasını nəzərdə tutan enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyətini vurğulayıb. Azərbaycan və Aİ arasında mövcud ticarət dövriyyəsinin məmnunluq doğurduğunu və gələcək əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulayan nazir dövriyyənin daha da artırılması imkanlarından bəhs edib.

C.Bayramov həmçinin postmünaqişə dövründən söz açaraq Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası, nəqliyyat və kommunikasiyaların açılması, sülh gündəliyi üzrə ölkənin baxışları barədə məlumat verib. Digər səylərlə yanaşı, Aİ Şurasının Prezidentinin iki ölkə arasında konstruktiv mühitin yaradılması istiqamətində fəaliyyəti qeyd edilib.

Görüşdə həmçinin mövcud mina təhlükəsi barədə məlumat verilərək problemin aradan qaldırılmasında Avropa İttifaqı və üzv dövlətlər tərəfindən səylərin göstərilməsinin vacibliyi vurğulanıb.

Avropa İttifaqı nümayəndə heyətinin rəhbəri Azərbaycanın bugünkü geosiyasi reallıqlar fonunda enerji təchizatçısı kimi artan rolundan bəhs edərək ölkənin Aİ-nin enerji təchizatının şaxələndirilməsinə, Avropa istehlakçılarının fasiləsiz, sərfəli və təmiz enerjiyə çıxışının gücləndirilməsinə töhfəsini yüksək qiymətləndirib.

Həmçinin görüşdə Ermənistan Azərbaycan arasında normallaşma prosesinin Şərq Tərəfdaşlığı çərçivəsində daha geniş əməkdaşlığa yol açacağından əminlik ifadə olunub. Vətəndaş cəmiyyəti kontekstində ölkənin etimad quruculuq tədbirlərində əhəmiyyəti vurğulanıb.

Görüşdə tərəflər, Şərq Tərəfdaşlığının müasirləşdirilməsi, yeni imkanlar, həmçinin digər aktual mövzular ətrafında fikir mübadiləsi aparıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Çavuşoğlu: Aİ-nin Türk Dövlətləri Təşkilatının işinə müdaxilə etməyə haqqı yoxdur

Next Post

Pelosi Demokratlar fraksiyasının lideri vəzifəsindən istefa verib

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Pelosi Demokratlar fraksiyasının lideri vəzifəsindən istefa verib

Pelosi Demokratlar fraksiyasının lideri vəzifəsindən istefa verib

ABŞ İranla əməkdaşlıq edən 13 şirkətə sanksiya tətbiq edib

ABŞ İranla əməkdaşlıq edən 13 şirkətə sanksiya tətbiq edib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.