"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ceyhun Bayramov Avropa Siyasət Mərkəzindəki tədbirdə iştirak edib

20 İyul 2022 - 09:09
in SİYASƏT

19 iyul 2022-ci il tarixində Brüssel şəhərinə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Avropa Siyasət Mərkəzində (EPC) keçirilən tədbirdə iştirak edib.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

XİN-dən Elchi.az-a verilən məlumata görə, Azərbaycanın Belçikadakı Səfirliyinin dəstəyi ilə Avropa Siyasət Mərkəzində təşkil edilən “EPC Ceyhun Bayramovla geosiyasətdən danışır” başlıqlı tədbirdə Avropa İttifaqının müxtəlif siyasi institutlarının rəsmiləri, Avropa Parlamentindən nümayəndələr, Belçika Xarici İşlər Nazirliyinin əməkdaşları, müxtəlif beyin mərkəzlərinin əməkdaşları, media nümayəndələri, Belçikada fəaliyyət göstərən diplomatik korpusun əməkdaşları və digərləri iştirak ediblər.

EPC-nin baş siyasi təhlilçisi Amanda Polun moderatorluğu ilə baş tutan tədbirdə çıxış edən xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan və Avropa İttifaqı tərəfdaşlığının mühüm məsələlərindən bəhs edib, o cümlədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıda baş tutmuş son görüşü, enerji sahəsində Strateji Tərəfdaşlığa dair imzalanmış Anlaşma Memorandumu barədə məlumat verib, Azərbaycanın Avropa üçün etibarlı tərəfdaş olduğunu qeyd edərək, ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib.

Azərbaycanın bu gün elektrik enerjisi ixracatçısı olduğunu qeyd edən nazir, gələcək illərdə Avropaya yaşıl mənbələrdən əldə edilən elektrik enerjisi ixrac ediləcəyinə inamını ifadə edib.

Bundan əlavə, nazir Ceyhun Bayramov işğaldan azad olmuş ərazilərdə həyata keçirilən geniş miqyaslı işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb, bu gün iməcburi köçkün ailələrinin bir qrupunun azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə geri döndüyü məmnunluqla vurğulayıb.

Ardınca xarici işlər naziri Ceyhun Bayramov iştirakçılar tərəfindən ünvanlanan çoxsaylı sualları cavablandırıb, o cümlədən Cənubi Qafqazda İkinci Qarabağ müharibəsi sonrası yaranan yeni vəziyyət, nəqliyyat bağlantıları, sülhün əldə olunması səyləri, habelə Ukraynadakı vəziyyət, Aİ-Azərbaycan arasında enerji sahəsində imzalanan Anlaşma Memorandumunun nəticələri və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov Avropa Siyasət Mərkəzindəki tədbirdə iştirak edib
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Yelena Zelenskaya ABŞ Konqresində çıxış edəcək – YENİLƏNİB

Next Post

Ukrayna Qərb dövlətlərindən əlavə artilleriya sistemləri istəyib

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Ukrayna Qərb dövlətlərindən əlavə artilleriya sistemləri istəyib

Ukrayna Qərb dövlətlərindən əlavə artilleriya sistemləri istəyib

Dünyada neft yenidən bahalaşdı

Azərbaycan nefti ucuzlaşıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.