Mayın 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstan Respublikasına rəsmi səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Elchi.az-a bildirilib ki, səfər çərçivəsində Azərbaycan Respublikası və Bolqarıstan Respublikası xarici işlər nazirlərinin iştirakı ilə iki ölkə arasında strateji dialoq görüşünün, həmçinin Bolqarıstan rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.





