Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bu gün işgüzar səfərlə Brüssel şəhərinə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirıiyindən məlumat verilib.
Səfər çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirak edəcək. Eyni zamanda, xarici işlər nazirinin Aİ, NATO və Ümumdünya Gömrük Təşkilatının rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.




