"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ceyhun Bayramov Dirk Şubellə görüşdü

03 Aprel 2023 - 14:18
in SİYASƏT

Aprelin 3-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa Xarici Fəaliyyət Xidmətinin Şərq Tərəfdaşlığı məsələləri üzrə xüsusi nümayəndəsi Dirk Şubel ilə görüşüb.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Bu barədə Elchi.az-a XİN-dən məlumat verilib.

Görüşdə, Azərbaycan və Avropa Birliyi (AB) arasında əməkdaşlıq gündəliyi, o cümlədən regionda cari vəziyyət müzakirə mövzusu olub.

Ceyhun Bayramov, Azərbaycanla AB arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, investisiyalar, nəqliyyat, enerji təhlükəsizliyi və s. sahələr üzrə səmərəli əməkdaşlıq gündəliyinin mövcudluğundan bəhs edərək, bu xüsusda hal-hazırda müzakirə edilən yeni hərtərəfli saziş layihəsinin münasibətlərin daha da inkişafına töhfə verəcəyinə dair inamını ifadə edib. 18 iyul 2022-ci il tarixində imzalanmış Azərbaycan ilə AB arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumuna istinad edən nazir, sözügedən Memorandumun enerji təhlükəsizliyi sahəsində birgə fəaliyyət baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Bununla yanaşı, alternativ enerji resurslarının inkişaf etdirilməsi və Avropaya ixracı baxımından Qara dəniz elektrik enerjisi kabeli üzrə sazişin vacibliyi vurğulanıb.

Post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın bərpa-quruculuq fəaliyyəti, bölgədə kommunikasiyaların açılması istiqamətində görülən işlər, o cümlədən Ermənistanla münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində göstərilən səylər barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir, Ermənistanın öhdəliklərindən boyun qaçıraraq davamlı hərbi-siyasi təxribatlar törətməsinin, mina təhdidini davam etdirməsinin sülh quruculuğu prosesinə xələl gətirdiyini diqqətə çatdırıb. Son dövrlərdə Ermənistan tərəfindən törədilən təxribatların intensivləşməsinin AB -nin Ermənistanda missiyasının mövcudluğu dövrünə təsadüf etməsinin narahatlıq doğurduğunu bildirən nazir Ceyhun Bayramov, sözügedən Missiyadan Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xələl gətirmək üçün bəhanə kimi sui-istifadə edilməsinin yolverilməz olduğunu vurğulayıb.

Xüsusi nümayəndə Dirk Şubel, son dövrlərdə nəqliyyat-kommunikasiya sahəsində yaranmış çağırışların Şərq-Qərb Dəhlizinin önəmini artırdığını diqqətə çatdıraraq, Azərbaycanın bölgədə nəqliyyat və kommunikasiyaların açılması istiqamətində fəaliyyətinin təqdirəlayiq olduğunu bildirib. Regionda mülki şəxslərin həyatına və sağlamlığına təhdid törədən mina təhlükəsinə qarşı mübarizədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda bütün siqaretlər bahalaşdı

Next Post

Avstraliyada 38 ton yüksək riskli qida ələ keçirilib

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Avstraliyada 38 ton yüksək riskli qida ələ keçirilib

Avstraliyada 38 ton yüksək riskli qida ələ keçirilib

Fazil Mustafaya hücumu “Qaraköynəklilər” təşkil edib

Fazil Mustafaya hücumu “Qaraköynəklilər” təşkil edib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.