"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ciddi xəbərdarlıq: Manat əldən gedir…

23 Dekabr 2015 - 14:31
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Ciddi xəbərdarlıq: Manat əldən gedir...

Vüqar Bayramov: “Ölkə daxilində və qlobal valyuta bazarında baş verən dəyişikliklər, onu deməyə əsas verir ki, Azərbaycanda üzən məzənnə siyasətinə keçid praktiki olaraq, qaçılmazdır”

ABŞ-ın ən nüfuzlu banklarından olan “Bank of Amerika Merrill Lynch” Azərbaycan Mərkəzi Bankını manatın kursunu süni şəkildə stabil saxlamaq siyasətindən imtina etməyə çağırıb. Bankdan bildirilib ki, Azərbaycan Mərkəzi Bankının manatın kursunu istənilən yolla sabit saxlamaq istəyi ona baha başa gəlib və tezliklə bundan imtina etməlidir. 
Məlumatda deyilir ki, neftin qiymətinin kəskin düşməsi bir sıra milli valyutaların da dəyərdən düşməsinə səbəb olub. Kanada dollarından Norveç kronuna, Qazaxıstan təngəsindən Rusiya rubluna qədər bir çox valyutalar ABŞ dollarına nisbətdə dəyər itirib. Belə vəziyyətdə mərkəzi banklar fərqli taktikalar tətbiq edirlər. Rusiya Mərkəzi Bankı rublun kursunu sərbəst buraxaraq strateji valyuta ehtiyatlarına dəyən zərbəni yumşalda bilib. Bu, həmçinin Rusiyanın neft şirkətlərinin maliyyə göstəricilərinə də müsbət təsir edib. Neftin qiyməti kəskin ucuzlaşdıqdan sonra Qazaxıstan da bu siyasətə qoşulub.
Lakin bütün bu baş verənlərin fonunda Azərbaycan manatının kursu dəyişməz qalıb. Azərbaycan Mərkəzi Bankı (AMB) fevral ayında qəfil devalvasiya həyata keçirdi. Bu, ixracın əsas hissəsini neftin təşkil etdiyi ölkəyə baha başa gəldi. Ancaq sonrakı müddətdə Mərkəzi Bank manatın kursunu strateji valyuta ehtiyatlarından bazara intervensiya etməklə sabit saxlayıb.
“Bank of America” qeyd edir ki, Azərbaycan manatın məzənnəsini qorumaq üçün öz ehtiyatının 25 faizini sərf edib. Lakin ABŞ bankı hazırki vəziyyətdə bu siyasətin davam etdirilməsinin real olmadığını bildirib. Bank manata yenidən 30-35 faizlik devalvasiya lazım olduğunu qeyd edib.
Belə bir proqnoz verərkən “Bank of America” iki amili – neftin qiymətinin düşməsini və qonşu ölkələrin milli valyuta məzənnəsinin enməsini nəzərə aldığını bildirib.
“İndiki situasiyada, neftin qiymətinin düşmə tendensiyasını davam etdirdiyi bir vaxtda bu monetar siyasətin davam etdirilməsi qeyri-real görünür. Azərbaycan manatın kursunu dollara nisbətdə sabit saxlamaq siyasətini yaxın müddət ərzində dəyişməlidir: ya manatı yenidən 30-35 faiz devalvasiyasını həyata keçirməlidir, ya da Rusiya və Qazaxıstan kimi sərbəst üzən məzənnə siyasətini tətbiq etməlidir” – deyə məlumatda bildirilir.
Qeyd edək ki, manatın saxlanılması siyasəti nəticəsində ötən ilin iyul ayından bu yana Mərkəzi Bankın valyuta ehtiyatları 60 faiz azalıb.
Mövcud situasiya fonunda Amerika bankının xəbərdarlığını dəyərləndirən iqtisadçı ekspert Vüqar Bayramov da Mərkəzi Bankın məzənnə siyasətinə dəyişiklik etməsinin vacibliyini vurğulayaraq, əks halda, valyuta ehtiyatlarının tükənəcəyini bildirib: “Doğrudur, Azərbaycanın manatla bağlı siyasətinin dəyişməsinə ehtiyac var. Mərkəzi Bankın ehtiyatlarının 6 milyard dollara yaxınlaşması da böyük bir siqnal kimi qiymətləndirilməlidir ki, artıq yeni məzənnə siyasətinə keçidə ehtiyac var. Mərkəzi Bank manatın məzənnəsində dəyişikliklər etməlidir. AMB üçün məqbul siyasət məhz “üzən məzənnə” siyasətinin tətbiq edilməsidir. “Üzən məzənnə” siyasətinin tətbiq edilməsi qaçılmazdır. 2016-cı ildə Mərkəzi Bankın “üzən məzənnə” siyasətinə keçəcəyi istisna edilmir. Təbii ki, bu, sərbəst “üzən məzənnə” siyasəti olmayacaq, tənzimlənən məzənnə siyasəti olacaq. Mərkəzi Bank yenə də valyutanın tənzimlənməsində aparıcı mövqeyini qoruyub saxlayacaq. Bazarda manatın məzənnəsinin formalaşmasında yenə də aparıcı tərəflərdən biri olacaq. Ancaq məzənnəni bazar müəyyənləşdirəcək. Mərkəzi Bank o zaman müdaxilə edəcək ki, manatın məzənnəsi ilə bağlı ciddi təhlükə var və ya bazarda dollara, digər xarici valyutaya olan tələbat ödənilmir. O halda Mərkəzi Bank manatın məzənnəsinin saxlanılması üçün bazara müdaxilə edə bilər. Bu, artıq idarə olunan, tənzimlənən “üzən valyuta siyasəti” olacaq”.
Ekspert bildirdi ki, hazırda digər ölkələrdə də üzən valyuta siyasəti tətbiq olunur: “Məsələn, Rusiya, Qazaxıstan, Ukrayna da üzən məzənnə siyasətinə keçib. Burada məqsəd Mərkəzi Bankın valyuta ehtiyatlarına qənaət etməkdir. Çünki, valyuta ehtiyatları tükənə bilər. İkinci məqsəd isə qonşu ölkələrdəki valyutaların məzənnəsinə uyğun olaraq, Azərbaycanda kursun bazar tərəfindən müəyyənləşdirilməsini həyata keçirməkdir. Çünki, qonşu ölkələrdə Azərbaycanın ticarət tərəfdarlarında məzənnələrin necə dəyişməsi manatın kursuna da təsir göstərəcək. Bu da eyni zamanda ölkənin ixrac potensialı baxımından vacibdir. Eyni zamanda üzən məzənnə rejimi həm də ona görə vacibdir ki, gələcəkdə neftin qiymətində artım olarsa, Azərbaycanın tədiyyə balansında profisit genişlənərsə, bu, artıq manatın bazar tərəfindən müəyyənləşdirilmiş məzənnəsinin möhkəmlənməsinə gətirib çıxarar”.
Vüqar Bayramov mövcud situasiyanı nəzərə alaraq Mərkəzi Bankın 2016-cı ildə “üzən məzənnə” siyasətini tətbiq edəcəyi istisna etmədi: “Bunun tətbiq edilməsi ona gətirib çıxaracaq ki, manata psixoloji təzyiqlər olacaq. Bu da manatın məzənnəsinə təsir göstərəcək. Güman edilir ki, psixoloji təzyiq olduğuna görə üzən məzənnəyə keçidin ilk günlərində manat daha çox ucuzlaşacaq, lakin sonradan stabilləşməyə doğru gedəcək. Bizim qiymətləndirmələr ondan ibarətdir ki, manatın məzənnəsi 20 faiz ətrafında ucuzlaşa bilər. Eyni zamanda bu həm də neftin dünya bazarındakı qiymətindən və ölkəyə daxilolmalardan asılı olacaq. Bütövlükdə, əgər xarici valyutaya kəskin tələblər olarsa, o zaman artıq Mərkəzi Bank yenidən bazara müdaxilə edib, manatın məzənnəsini nəzərdə tutulmuş intervalda qoruyub saxlamağa çalışacaq. Valyuta ehtiyatlarının azalması dünya bazarında dolların möhkəmlənməsi, xüsusən də qlobal valyuta bazarında baş verən dəyişikliklər onu deməyə əsas verir ki, Azərbaycanda üzən məzənnə siyasətinə keçid praktiki olaraq qaçılmazdır. Bu, Azərbaycanın valyuta bazarındakı gərginliyin azalmasına gətirib çıxaracaq”.
Ekspert Amerika bankının bildirdiyi kimi, Mərkəzi Bankın tam sərbəst məzənnə rejiminə keçməsini mümkün hesab etmədi: “Digər region ölkələrinin təcrübəsi də onu göstərir ki, tənzimlənməyən üzən məzənnə siyasətinə keçilməsi gündəmdə deyil. Mərkəzi Bankın tədiyyə bazarında indi də profisit var. Yəni, tənzimlənən üzən məzənnə rejiminə keçilsə belə, manatın məzənnəsi kəskin aşağı düşməməlidir. Rəsmi statistikaya əsasən, ölkəyə daxil olan məzənnə, ölkədən çıxan məzənnədən daha çoxdur. Ancaq Mərkəzi Bankın birmənalı şəkildə tənzimlənməyən məzənnə rejiminə keçidi indiki məqamda gözlənilməsə də, bu, sonradan baş verə bilər. Ancaq indiki halda Mərkəzi Bank bazara müdaxilə edəcək”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Gömrükdə son vəziyyət necədir? – Fotolar

Next Post

6 nəfəri güllələyən oğlanın rəis atası işdən çıxarılmayıb?

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

6 nəfəri güllələyən oğlanın rəis atası işdən çıxarılmayıb?

Gürcüstanın baş naziri istefa verdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.