Çinin Vaşinqtondakı səfiri Xia Fınq ABŞ-ı “ikitərəfli münasibətləri yenidən yoluna qaytarmaq” üçün “konkret addımlar” atmağa çağırıb.
Elchi.az xəbər verir ki, Çinin Vaşinqtondakı səfirliyindən verilən açıqlamaya görə, səfir Şia ilə ABŞ müdafiə nazirinin Hind-Sakit okean təhlükəsizlik məsələləri üzrə müşaviri Eli Ratner arasında keçirilən görüşdə hərbi məsələlər və qarşılıqlı maraqlar ətrafında fikir mübadiləsi aparılıb.
Bəyanatda qeyd olunub ki, Vaşinqton “dövlətlərarası və hərbi əlaqələri yenidən yoluna qoymaq” üçün “Tayvan məsələsi kimi mühüm məsələləri ehtiyatla həll etməlidir”.
Çin və ABŞ-ın ortaq maraqlarının güclü və sabit ikitərəfli əlaqələrdən ibarət olduğunu bildirən Şia, Vaşinqtonu dövlətlərarası və hərbi əlaqələrlə bağlı “maneələri aradan qaldırmağa və fikir ayrılıqlarını konkret addımlarla idarə etməyə” çağırıb.
ABŞ Müdafiə Nazirliyi hələlik görüşlə bağlı açıqlama verməyib.
Şayəstə Hüseynova




