Çinin imkanlı vətəndaşlarının sayı 2020-ci ildə amerikalılardan iki dəfə çox varlı olacaq. Söhbət o vətəndaşlardan gedir ki, onların aktivində 100 min dollardan 2 milyon dollaradək vəsait olacaq.
ANS PRESS-in məlumatına görə, beynəlxalq hesabatlarda göstərilir ki, keçən ilin reytinqinə ümumi miqdarı 23 trilyon dollar maliyyə tutumu ilə ABŞ-ın imkanlı vətəndaşları başçılıq edir. Çin 19,5 trilyon dollarla ikinci gəlir.
Analitiklərin proqnozlarına görə, reytinq cədvəlində liderliyin dəyişməsinə həm Çin əhalisinin sayının, həm də ölkənin iqtisadi artımı imkan yaradacaq. 2020-ci ildə Çinin varlı vətəndaşları ümumilikdə 53 trilyon dollar vəsaitə malik olacaqlar. ABŞ-da bu göstərici 27 trilyon dollaradək yüksələcək.
Xatırladaq ki, bu hesabat “Citi” beynəlxalq maliyyə-kredit təşkilatının 32 ölkədə apardığı tədqiqat nəticəsində hazırlanıb.



