"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Çin buz üstündə performans göstərir: Növbəti konflikt meydanı və Pekinin “tələ”si

28 Sentyabr 2022 - 17:15
in DÜNYA

“Siyasi xəritələrin yenidən çəkilməsi, regionlardakı güc balanslarının güc meyarları ilə şəkilləndirilməsi cəhdləri böyük güclərin alternativ mənbələrdəki iqtisadi potensiallarını artırmaq üçün hədəflər verir.
İndi də zəngin təbii sərvətləri olan və yeddi dövlətin coğrafi cəhətdən pay sahibi olduğu Arktika regionu (ABŞ, Kanada, Rusiya, Danimarka, Norveç, İsveç, Finlandiya) hərarətli emosiyaların cəmləşdiyi yerə çevrilir.
Amma coğrafi pay bölgüsündən əlavə, Arktikada nüfuz dairəsi uğrunda da savaş gedir və region dövlətlərindən əlavə, Britaniya və Çin də “buz üstündə oynamaq”dan həzz alırlar”.

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Aqşin Kərimov FB hesabında bildirib:

“İqtisadi platformalarla xeyli xal qazanan Çinin regiondakı strategiyası və fəaliyyəti xüsusi diqqət çəkir. Çin Arktikada mühüm oyunçuya çevrilə bilib, bu Rusiyanın maraqlarına cavab versə də, digər oyunçuların ziddinədir.
Pekinin Arktikaya yön alması 2014-cü ildə Çin lideri Si Cinpinin ölkəsini böyük qütb dövlətinə çevirmək niyyətində olduğunu bəyan etməklə başladı. Çinin indi Arktikaya dair vizyonu mövcuddur və o, “Bir kəmər, bir yol” təşəbbüslərinin doğurduğu toxumları “buz üzərinə səpir”.
Çin indi Akrtikada mədənçıxarma və enerji resurslarına sərmayə qoyur və Şimal Buzlu okeanı ilə yeni dəniz marşrutu yaratmaq üçün Rusiya ilə birlikdə işləyir.
Çin Qərblə yaşadığı gərginlik fonunda Arktika gündəminin trayektoriyasını ticarət, davamlı inkişaf və beynəlxalq təhlükəsizliyə dair öz qavrayışları ilə müəyyən edir.
Çinin regiondakı fəaliyyət sferası Qərbə təhlükəsizlik səbəbi ilə Rusiyanı cilovlamaq və Çini də strateji təhlükə kimi eyni vitrinə qoymaq bəhanələri verir. Hərçənd ki, indi ABŞ üçün çətinliklər dövrü başlayıb və Çin Arktikada sürətlə böyüyən maraqlarını təmin edir.
Əgər İsveçlə Finlandiya NATO-ya üzv qəbul olunsalar, onda diqqətlər regionda cəmləşəcək, bu, əsasən, Rusiyanın təhlükəsizlik, Çinin isə iqtisadi maraqları əleyhinə formalaşan yeni cəbhə yarada bilər.
Çin hər nə qədər Arktikada böyüsə də, onun ABŞ-ın şimal hissələrindəki mövcudluğu məhduddur və bu, NATO-nun əməli fəaliyyətinin nəticəsidir.
NATO özü üçün həyati əhəmiyyətli hesab etdiyi nadir torpaq elementləri, neft və sualtı telekommunikasiya kabelləri üzrə prioritetlərində Çini sıxışdıra bilir və Pekinin investisiyalarını bloklamaq qabiliyyətini göstərir.
Niyə? Nəzərə almaq lazımdır ki, Pekin bütün regionlar üzrə “borc diplomatiyası” üzrə tələlər yaradır.
Çin bu cür kredit siyasətini başqa dövlətlərdən siyasi və ya iqtisadi güzəştlər əldə etmək üçün istifadə edir.
Sonradan vaxtında qaytarılması mümkün olmayan pul kütləsi ilə Çin maraqlarını təmin edir və ona borcu olan dövlətlərə təzyiq edir.
İndi də zəngin resursları olan Qrenlandiya (müstəqil dövlət deyil, Danimarkaya tabedir) Çin sərmayələrinin qurbanı olmaq riski altındadır. Buzlu ada resurs hasilatında yeni maliyyə problemləri ilə üzləşməkdədir, bu zaman onun üçün Çin cəlbedici təkliflərlə çıxış edib tələyə sala bilər. Bu, Qərbin Akrtikadakı iqtisadi çətirlərini dağıtmaq, Rusiyanın isə Çin sayəsində üstünlük qazanmasını təmin etmək potensialıdır. Ona görə də NATO bu tendensiyanın metastaz verməməsi üçün səylərini birləşdirir.
Mənzərə və hərəkətlilik onu göstərir ki, Arktika regionu geosiyasi mənzərəyə təsir göstərəcək və o, nəhənglər arasında yeni rəqabət nöqtəsinin praktiki sınağı ilə üzləşəcək”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Almaniya Ukraynaya yeni hərbi yardım paketini AÇIQLADI

Next Post

Paşinyan deputatları təcili iclasa ÇAĞIRDI

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post
Paşinyan deputatları təcili iclasa ÇAĞIRDI

Paşinyan deputatları təcili iclasa ÇAĞIRDI

“Moskva Ermənistana qarşı təzyiqlərə başlayacaq”-ŞƏRH

"Moskva Ermənistana qarşı təzyiqlərə başlayacaq"-ŞƏRH

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.