Ötən ayın sonunda COVID-19 tədbirləri yumşaldıldıqdan sonra virusun kütləvi yayılmasının artması səbəbindən Çində dərman və tibbi ləvazimatların istehsalı artır. Ölkə yeni dövrdə Elchi.az xəstəliklərə qarşı mübarizə və müalicə xidmətlərinə diqqət yetirməklə yanaşı, bu məqsədlə sənaye potensialını səfərbər edir.
xəbər verir ki, Dünyanın ən sıx məskunlaşdığı ölkə olan Çin, tədbirlər yumşaldıldıqdan sonra ölkədə indiyə qədər görülən ən böyük yayılma ilə üzləşir. Qış aylarında 1 milyarddan çox insanın yoluxacağı proqnozlaşdırılan ölkədə təcili ehtiyac duyulan dərmanların vaxtında istehsalı və təmin edilməsi həyati əhəmiyyət kəsb edir.
Ötən ay ölkənin böyük şəhərlərində baş verən genişmiqyaslı epidemiyalarda əsas dərman preparatları, antigen testləri kimi sağlamlıq materiallarının bazardan tədarükündə problemlərin olduğu müşahidə edilib. Dövlət qurumları və müəssisələr, hallar ölkə daxilində yayıldıqca oxşar problemlərin qarşısını almaq üçün hazırlıqlarını gücləndiriblər.
Paytaxt Pekində dərman istehsalçıları və logistika xidmətləri, COVID-19 hadisələrinin artması səbəbindən yeni ilə ağır templə girərkən qış aylarında tələbatı ödəmək üçün istehsal və təchizat imkanlarını artırmağı planlaşdırır.
Şayəstə






