Çinin LandSpace şirkəti dünyada ilk olaraq oksigen və metanla işləyən kosmik raketi buraxdı.
Elchi.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.
“Zhuque-2” daşıyıcısının buraxılışı iyulun 12-də Çinin şimalındakı Jiuquan kosmodromundan baş tutub .
Qeyd olunur ki, yük orbitə təxminən 500 kilometr hündürlükdə yerləşdirildikdə daşıyıcının daşıma qabiliyyəti 4 ton təşkil edir.
Nuranə Məmmədova





