İllər uzunudur Çin hakimiyyəti edam edilmişlərin orqanlarından transplantasiya əməliyyatlarında istifadə edir. Bu orqanların xaricə satıldığı da ehtimal
olunur.
Çin hakimiyyəti bildirib ki, 2015-ci il yanvarın 1-dən edam edilmiş cinayətkarların orqanlarının transplantasiya əməliyyatlarında istifadəsini dayandıracaq.
Elchi.az-ın “Bi-Bi-Si”-yə istinadən məlumatına görə,rəsmi Pekin iki il öncə bunu edəcəyini boyun olsa da, dəqiqi tarixi indi açıqlayıb.
Hüququ müdafiəçiləri Çin hakimiyyətini qohumlarının icazəsi olmadan edam edilmişlərin orqanlarından istifadəyə görə ittiham edirdi.



