Yaponiya bildirib ki, Çin sahil mühafizə gəmiləri Şərqi Çin dənizindəki mübahisəli Senkaku adaları ətrafındakı Yaponiya milli ərazi sularını pozub.
Elchi.az xəbər verir ki, Okinava əyalətinin Naha rayonunda yerləşən 11-ci Region Sahil Mühafizəsi Qərargahının bəyanatına əsasən, Çinin iki sahil mühafizə gəmisi Yaponiyanın milli ərazi sularını pozub.
Yaponiya Sahil Mühafizəsi bölgədəki Minamikojima adasının 20 kilometr cənubuna gələn Çin gəmilərinə bölgəni tərk etmələri barədə xəbərdarlıq edib.
Şərqi Çin dənizində Yaponiyanın “Senkaku” və Çinin “Diaoyu” adlandırdığı arxipelaq 5 ada və 3 qayadan ibarətdir.
Yaponiyaya məxsus olan və Çinin iddia etdiyi kimsəsiz adalar uzun müddətdir ki, suverenlik mübahisələrinə səbəb olur.
Nuranə Məmmədova






