
Dünya bazarlarında neftin qiyməti yenə ucuzlaşıb.
Axar.az xəbər verir ki, London birjasında “Brent” markalı xam neftin 1 barrelinin qiyməti 1,11 dollar azalaraq 44,35 dollar olub.
VTİ markalı neftin bir barrelinin qiyməti isə 2,52% azalaraq 39,44 dollar olub.
Xatırladaq ki, Brent markalı neft bundan qabaq ilk dəfə 2009-cu il martın 17-də Çin iqtisadiyyatının vəziyyətinə görə 45 dollara enmişdi.
Çin iqtisadiyyatının bu ağır vəziyyəti investorları digər Asiya ölkələrinin iqtisadiyyatına birbaşa təsir göstərəcəyi baxımdan düşünməyə vadar edir. Bu isə öz növbəsində neftə olan tələbatın pisləşməsinə gətirib çıxaracaq.



