"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Çin liderindən Baydenə xəbərdarlıq: “Odla oynayan özünü yandıracaq”-Müharibə olacaqmı?

29 İyul 2022 - 15:58
in Cebhe-banner, MANŞET

İqtisadi artım dinamikasına görə dünyada lider olan və ikinci iqtisadiyyata, ən çox qızıl-valyuta ehtiyatlarına sahib və gələcəkdə dünya ehtiyat valyutasına malik olacaq Çinin qlobal proseslərdə rolu kifayət qədər artıb. Hazırda cərəyan edən iqtisadi-siyasi proseslər fonunda dünyada yeni nizam formalaşıb. Məhz buna görədir ki, yaranan yeni geosiyasi reallıqda Çinin dünya siyasətinin digər aparıcı gücləri ilə qarşılıqlı münasibətləri diqqət mərkəzində saxlanılır. Qeyd etmək lazımdır ki, bu kontekstdə Çin-ABŞ iqtisadi-siyasi əlaqələri xüsusi məna daşıyır. Hazırda dünya siyasətinin iki nəhəng oyunçusu arasında baş verən proseslər, siyasi gedişlər bütün dünya siyasətçiləri tərəfindən diqqətlə müşahidə edilməkdədir.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Bu anlamda iki gün öncə Çin lideri ilə Bayden arasında gerçəkləşən telefon danışığı da bir sıra maraqlı detalları ilə yadda qalıb. Çin lideri Si Cinpin Tayvan məsələsində Çin hakimiyyətinin və xalqının eyni mövqe nümayiş etdirdiyini vurğulayıb. ÇXR-nın lideri ABŞ Prezidentinə Çin xalqının iradəsinin Tayvanla bağlı “Çinin milli suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə müdafiə etmək” olduğunu söyləyib. Si Cinpin “kim odla oynayırsa, özünü yandıracaq” deyə fikirlərinə davam edib. Bu barədə Çinin Xarici İşlər Naziriliyi rəsmi məlumat yayıb.

Təkrar xəbərdarlıq
“Xalqın iradəsinə zidd getmək olmaz” deyən Cinpin hazırda Çin əhalisinin sayının 1.4 milyard nəfərdən çox olduğunu xatırladıb. Bununla da o, ABŞ dövlət lideri ilə əvvəlki danışıqlarında səsləndirdiyi xəbərdarlığı təkrar etmiş olub. C.Bayden səsləndirilən xəbərdarlığa cavab olaraq Birləşmiş Ştatların Tayvan məsələsi ilə bağlı mövqeyinin dəyişmədiyini deyib. Ağ Evin bəyənatında Birləşmiş Ştatların qəti şəkildə status-kvonu dəyişdirmək və ya Tayvan boğazında sülh və sabitliyi pozmaq üçün birtərəfli cəhdlərə qarşı olduğu diqqətə çatdırılır.

Məqsəd qarşılıqlı əməkdaşlıq etməkdir
Bəyanatda həm də Bayden və Cinpin arasında söhbətin “ABŞ və Çin arasında kommunikasiya xətlərini saxlamaq və dərinləşdirmək, fikir ayrılıqlarını məsuliyyətlə həll etmək və qarşılıqlı maraq doğuran sahələrdə birgə əməkdaşlıq etmək” səylərinin bir hissəsi olduğu qeyd olunur.
Ağ Ev bildirib ki, hər iki ölkə lideri iqlim dəyişikliyi və sağlamlıq təhlükəsizliyi ilə mübarizədə birgə səylərə nəzarət etmək üçün köməkçilərinə göstəriş veriblər.

“Vəziyyət həqiqətən də çox gərgindir. Artıq bir neçə aydır ki, vəziyyətin gərginləşməsi müşahidə edilir. Əlbəttə ki, Si Cinpin sözləri təsadüfi deyil. Bu, xəbərdarlıqdır. Çünki doğrudan da bu eskalasiya davam etməsi toqquşmaları qaçılmaz edir. Digər tərəfdən, KİV tərəfindən müxtəlif, xüsusən də neqativ versiyalar yayılır. Qərb mediasında Çinin müharibəyə hazırlaşması ilə bağlı məlumatlar tirajlanır. Bu cür xəbərlərlə Qərb öz ictimaiyyətini müharibəyə hazırlaşdırır”.

Bu fikirləri politoloq İlqar Vəlizadə Elchi.az–a açıqlamasında bildirib.

Onun sözlərinə görə, həm hərbi gedişatda, həm KİV-dəki informasiya müharibələrinin qızğın mərhələlərə qədər gəlib çıxması doğrudan da hansısa toqquşmaların qaçılmaz olduğunu göstərir:

“Bu cür telefon danışıqlarının əslində, münasibətlərin daxili vəziyyətinin gərginliyinin azalmasına hesablanıb.Düşünürəm ki, əgər tərəflər həqiqətən də müharibə istəsəydilər və ya müharibəyə doğru iri addımlarla adımlasaydılar, belə bir telefon danışığı olmazdı. Hər iki tərəf baş verə biləcək müharibənin nələrlə nəticələnəcəyini anlayır, bu səbəbdən də məsələdən yayınmaq, müharibədən qaçınmaq, özlərini maksimum dərəcədə sığortlanmaq üçün telefon danışıqları aparırlar, qarşılıqlı təmaslara girirlər”.

Müharibə olacaqmı?
İ.Vəlizadənin sözlərinə görə, hər iki tərəf yarana biləcək müharibə hallarından çəkinir, dolayısıyla hərbi münaqişənin başlanılmasını istəmir:

“Rusiya-Ukrayna müharibəsi Qərb iqtisadiyyatına vurduğu zərərlər göz önündədir. Hələ üstəlik Çin və ABŞ arasında müharibə olsa, katastrofik nəticələr olacaq. Kim Çinin müharibə etmək, Tayvanı qaytarmaq istədiyini fikirləşirsə, məncə, yanılır. Yenə deyirəm, Çin bilir ki, bu, nə ilə nəticələnə bilər. Digər tərəfdən, düşünürəm ki, Amerika və onun müttəfiqləri də anlayırlar ki, regionda belə bir müharibə baş versə, onların iqtisadiyyatına, siyasətinə çox ciddi təsiri olacaq”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Norveç Ukraynaya 14 zirehli maşın hədiyyə etdi

Next Post

Prezident deputatların maaş artımını TƏSDİQLƏDİ

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post
Prezident deputatların maaş artımını TƏSDİQLƏDİ

Prezident deputatların maaş artımını TƏSDİQLƏDİ

Hesablama Palatasının sədrinin maaşı ARTIRILDI

Hesablama Palatasının sədrinin maaşı ARTIRILDI

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.