Diplomatik missiya bildirib ki, Britaniyanın keçmiş baş naziri “Tayvan kartı” oynayır.
Elchi.az xəbər verir ki, Çinin Londondakı səfirliyinin sözçüsü Böyük Britaniyanın keçmiş baş naziri Liz Trassın Tayvana səfərini “təhlükəli siyasi şou” olmaqla yanaşı, həm də təxribat xarakterli addım adlandırıb və bunun Londona fayda verməyəcəyini qeyd edib.
“Britaniyalı siyasətçi Liz Trassın Tayvana səfəri Böyük Britaniyaya zərərdən başqa bir şey gətirməyəcək təhlükəli siyasi şoudur. Bu təxribatçı addım Çin xalqı arasında güclü hiddət doğurdu və vicdanlı insanlar tərəfindən qətiyyətlə rədd ediləcək”, – diplomatik missiyanın bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, Britaniya hökumətinin keçmiş rəhbəri “Tayvan kartı” ilə oynayır və “onun kimilər sonradan “qarşıdurma yaratmaq və gərginliyi artırmaq üçün” Tayvanın müstəqilliyi tərəfdarı olan separatçı qüvvələrlə əlbir olurlar.
Şayəstə Hüseynova






